Deputatdan xalqa çörək zərbəsi: Unun qiymətini o bahalaşdırır - TƏFƏRRÜAT

Deputatdan xalqa çörək zərbəsi: Unun qiymətini o bahalaşdırır -  TƏFƏRRÜAT
Bütün Xəbərlər
14:12 23.12.2015
6240

Xəbər verdiyimiz kimi, Azərbaycanda unun topdansatış qiyməti artıb. Dekabrın əvvəllərində ölkənin iri dəyirmanlarında 1 kiloqram unun qiyməti 32-36 qəpik arası idisə, artıq bu rəqəm 50 qəpiyə yüksəlib.

Ölkənin ən böyük dənüyütmə şirkəti olan "Karat Holding" açıqlamasında dekabrın 21-dəki devalvasiyadan sonra unun 1 kiloqramının topdansatış qiymətini 49 qəpiyə qaldırdığını və artıq satışın yeni qiymətlə həyata keçirildiyini bildirilib. Şirkətdən onu da bildiriblər ki, qiymət 49 qəpiyə qalxmazdan əvvəl unun 1 kiloqramının dəyəri müxtəlif rəqəmlərlə ifadə olunub və son olaraq 39 qəpik təşkil edib.

AZXEBER.COM xəbər verir ki, ölkənin ən böyük dənüyütmə şirkəti olan "Karat Holding" “un kralı” kimi tanınan 79 saylı İmişli seçki dairəsindən deputat seçilən Əsabil Qasımovundur.

Deputat seçilənə qədər sahibkarlıq fəaliyyəti ilə məşğul olan Əsabil Qasımovun biznes şəbəkəsinə iri şirkətlər - "Karmen” un və makaron məmulatlarının istehsalçısı olan "Karat” dəyirmanı, "Dimes” meyvə şirələrini istehsal edən konserv zavodu, mərkəzdə hündürmərtəbəli binalar inşa edən tikinti şirkəti daxildir.

Taleh Qasımov

Hazırda da oğlu Taleh Qasımov tərəfindən idarə olunan "Karat Holdinq” özəl sektorda öz mövqelərini günü-gündən gücləndirir. Bu ailənin nümayəndələri cəmiyyətin majoritar səhmdarları olandan sonra səhmin qiymətini artırıb-endirərək onları kiçik səhmdarlardan yığmağa başlayıblar.

Bir sözlə un manapoliyasına tam sahib olan millət vəkilinin devalvasyadan sonra unun qiymətini qaldırması ölkə üçün böyük sosial problemlər yaradacağı görünür. Bu isə başda çörək olmaqla digər un məmulatlarının qiymətinin qalxmasına səbəb olacaq.

OXŞAR XƏBƏRLƏR