Deputatın 3 yaşlı oğlunu öldürənlər tutuldu

Deputatın 3 yaşlı oğlunu öldürənlər tutuldu
DÜNYA
21:51 02.12.2019
4723
Kiyev Vilayət Şurasının deputatı, iş adamı Vyaçeslav Sobolevin 3 yaşlı oğlu Aleksandrın qətlində şübhəli bilinən 2 nəfər saxlanılıb.

Bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb. Hazırda şübhəli şəxslərin polis əməkdaşları tərəfindən sorğu-sual edildiyi bildirilir.

Daxili İşlər nazirinin müavini Anton Qeraşşenko isə açıqlamasında deyib ki, qətl sifarişli olub və cinayət deputata qarşı düşmənçilik zəminində törədilib.

Qeyd edək ki, deputat Vyaçeslav Sobolevə məxsus "Range Rover" markalı avtomobil Kiyevin mərkəzində atəşə tutulub. Hadisə nəticəsində onun azyaşlı oğlu həlak olub.
 
///Unikal.org
OXŞAR XƏBƏRLƏR