Deputatın adına saxta hesab yaradıldı: “Müvafiq qurumlara müraciət etmişəm”

Deputatın adına saxta hesab yaradıldı: “Müvafiq qurumlara müraciət etmişəm”
SOSİAL
23:30 27.08.2026
649
Milli Məclisin deputatı, AMİP sədri Arzuxan Əlizadənin adından və şəklindən istifadə olunaraq saxta hesablar yaradılıb.

Bu barədə AMİP mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilib ki, müxtəlif nömrələrdən (məsələn: +994 77 380 18 95) Arzuxan Əlizadənin adından vətəndaşlara saxta mesajlar göndərilir.
Parlamentari AZXEBER.COM-a açıqlamasında deyib ki, dələduzlar tərəfindən adına saxta profil açılan şəxslərin yaxınlarına zənglər edilir, mesajlar göndərilir:

"Bir müddət əvvəl belə bir məlumat almışdıq ki, bir sıra şəxslərin adına saxta profillər açılır və onların adından müxtəlif məqsədlər üçün istifadə olunur. Dələduzlar tərəfindən adına saxta profil açılan şəxslərin yaxınlarına zənglər edilir, mesajlar göndərilir. Gələcəkdə həmin şəxslərin yaxınları aldadıla və onlardan müxtəlif tələblər irəli sürülə bilər”.

Deputat qeyd edib ki, bununla bağlıq müvafiq qurumlara müraciət edib:

"Bu gün səhər müavinim mənə zəng edərək bildirdi ki, mənim adımdan ona mesaj gəlib. Mesajda qeyd olunub ki, bu, mənim yeni nömrəmdir və bundan sonra həmin nömrə vasitəsilə əlaqə saxlayaq.
Müavinim dərhal mənimlə əlaqə saxladı və profilin saxta olduğu aydınlaşdırıldı. Ardınca partiya üzvlərindən və dostlarımdan da mənə məlumat daxil oldu ki, onlara da mənim adımdan müraciətlər edilib. Bununla bağlı müvafiq qurumlara məlumat vermişəm”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR