Deputatın bankından oğurluq etmək istəyənlər tutuldu

Deputatın bankından oğurluq etmək istəyənlər tutuldu
Bütün Xəbərlər
15:13 29.12.2014
1238
Ağsu rayon sakini Əlisahib Bədəlov və Yevlax rayon sakini Kamil Bakirov həbs edilib.
AZXEBER.COM  DİN-in saytına istinadən xəbər verir ki, onlar “Muğanbank” ASC-dən oğurluq etmək istəyiblər. Adı çəkilən şəxslər Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və 26-cı Polis Bölməsinə təhvil veriliblər.
Bankın filialında quraşdırılan videokameralara baxış zamanı Ə.Bədəlovun və K.Bakirovun “Muğanbank” ASC-nin “Şərq” filialının giriş qapısının kilidini açmağa cəhd göstərdikləri müəyyən edilib.
Onlar dekabrın 29-da saat 01 radələrində isə Yasamal rayonunun M.Müşfiq küçəsində yerləşən kafenin qapısının qıfılını açmağa cəhd göstəriblər. Bu zaman həbs olunublar.
Qeyd edək ki, “Muğanbank” Əhməd Vəliyev və kürəkəninə məxsusdur.
OXŞAR XƏBƏRLƏR