Deputatın mandatı alına bilər - İqtisad universitetindəki korrupsiya ittihamı ciddiləşir

Deputatın mandatı alına bilər - İqtisad universitetindəki korrupsiya ittihamı ciddiləşir
SOSİAL
13:45 26.10.2017
1849

Antikorrupsiya idarəsinin rəisi sabiq rektor Şəmsəddin Hacıyevin istintaqı və ifadəsinin alınması barədə nələr dedi?

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) sabiq rektoru, YAP-çı deputat Şəmsəddin Hacıyevin ali məktəbə rəhbərlik etdiyi dövrdə baş verən yeyintilərlə bağlı istintaqa çağırılması barədə xəbərlər təsdiqlənir. Yada salaq ki, ötən həftə  "Yeni Müsavat” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən Ş.Hacıyevin prokurorluqda ifadəsi alındığını yazmışdı.

"Azərbaycan Dövlət İqtisad Universitetinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb, hazırda istintaq hərəkətləri davam etdirilir”. Bunu oktyabrın 25-də jurnalistlərə Baş Prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib. K.Əliyev bildirib ki, konkret olaraq kimlərin məsuliyyətə cəlb olunması istintaqın yekununda bilinəcək: "Bu barədə mətbuata da məlumat verilib. İstintaqda nə qədər şəxsin dindirildiyini deyə bilmərəm. Yoxlamalar təyin etmişik. Sənədlərin götürülməsi üçün istintaq hərəkətləri davam etdirilir”.

Universitetin sabiq rektoru Ş.Hacıyevin dindirilməsi ilə bağlı suala cavab verən K.Əliyev bunları deyib: "Bununla bağlı bir söz deyə bilmərəm. Çünki həmin işlə bağlı dindirmələr davam edir. Konkret adıçəkilən və digər şəxslərlə bağlı məlumat verə bilmərəm”.

İdarə rəisinin açıqlaması Ş.Hacıyevin bir neçə gün əvvəl "mən bu məsələ ilə bağlı heç bir yerə dəvət olunmamışam və niyə də dəvət olunmalıyam ki?” deyərək, korrupsiya ilə bağlı  istintaqa aidiyyəti olmadığının faktiki təkzibidir. Çünki K.Əliyev deputatla bağlı suala birmənalı yox deyə bilərdi. İdarə rəisinin konkret ad çəkməməsi və ya deputatın ifadəsinin alınmamamasını təkzib etməməsi Ş.Hacıyevin arxayınçılığının əsassız olduğunu sübut edir.        

İdarə rəisinin Ş.Hacıyevin dindirilməsi ilə bağlı suala verdiyi cavab da sabiq rektorun vəziyyətinin yaxşı olmadığı barədə iddiaları doğrulayır. Yada salaq ki, bizə xəbər verən mənbə Ş.Hacıyevin deputat toxunulmazlığı səbəbindən istintaqa "qeyri- rəsmi” çağırıldığını iddia etmişdi.

K.Əliyev də dindirilmələrin aparıldığını təsdiq edib. İstintaqa digər şəxslərin də artıq cəlb edilməsi faktının təsdiqlənməsi də sabiq rektorun işini ağırlaşdıra bilər. Onun müavinləri, dekanlar və tikinti işləri ilə məşğul olan yaxınları və digər şəxslərin ifadələri YAP-çı deputatın sonrakı taleyi üçün həlledici ola bilər.  Çünki bundan sonra sabiq rektorun məsuliyyətə cəlb olunma məsələsi gündəmə gələ bilər.

Əgər istintaq nəticəsində mənimsəmələrin sabiq rektorun dövründə baş verdiyi, Ş.Hacıyevin bu işdə məsuliyyəti  olduğu təsdiqlənərsə, o halda  Baş Prokurorluq təqdimatla Milli Məclisə müraciət etməlidir. Təqdimat Milli Məclisdə razılaşdırılarsa, onun mandatı ləğv olunmalıdır. 

Qeyd edək ki, sentyabrın 21-də Azərbaycan Dövlət İqtisad Universitetinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb. Universitetdə dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasının auditinin nəticəsinə dair Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

İlkin araşdırma zamanı yoxlama dövrünü əhatə edən 18 may 2012-ci ildən 1 aprel 2014-cü il tarixədək olan müddət ərzində universitetin vəzifəli və digər maddi-məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək təhsil haqlarının uçotu, yığılması və bank hesabına köçürülməsi, təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotda əks etdirilməsi ilə bağlı ağır nəticələrə səbəb olan ciddi qanun pozuntularına yol verilməsi, eləcə də külli miqdarda vəsaitin uçotdan yayındırılmasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 179.3.2-ci (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə külli miqdarda etibar edilmiş özgə əmlakını talama) maddələri ilə cinayət işi başlanıb.

Qeyd edək ki, 179.3.2-ci maddə üzrə 7 ildən 12 ilədək, 308.2 maddə ilə isə 3 ildən 8 ilədək cəza nəzərdə tutulur.

Yeni Müsavat

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Le Pen: Makron Fransa parlamentini tezliklə buraxa bilər
21:21 28.06.2025
Le Pen: Makron Fransa parlamentini tezliklə buraxa bilər
Tramp ABŞ-dəki iğtişaşlarla əlaqəli təşkilatların maliyyələşdirilməsini dayandırmağı tapşırıb
20:57 28.06.2025
Tramp ABŞ-dəki iğtişaşlarla əlaqəli təşkilatların maliyyələşdirilməsini dayandırmağı tapşırıb
Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynli - Danışdı
20:36 28.06.2025
Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynli - Danışdı
Güləşçilərimiz İtaliyada Avropa çempionu oldu
20:27 28.06.2025
Güləşçilərimiz İtaliyada Avropa çempionu oldu
Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan - Görüntüləri
20:01 28.06.2025
Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan - Görüntüləri
“Neftçi” milli komandanın üzvünü transfer edib
19:54 28.06.2025
“Neftçi” milli komandanın üzvünü transfer edib
Azərbaycan XİN Pakistana başsağlığı verib
19:38 28.06.2025
Azərbaycan XİN Pakistana başsağlığı verib
Rusiya XİN azərbaycanlılara qarşı zorakılığa münasibət bildirib
19:26 28.06.2025
Rusiya XİN azərbaycanlılara qarşı zorakılığa münasibət bildirib
Ombudsman Səbinə Əliyeva Rusiya ombudsmanına rəsmi məktub ünvanlayıb
19:15 28.06.2025
Ombudsman Səbinə Əliyeva Rusiya ombudsmanına rəsmi məktub ünvanlayıb
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək
18:53 28.06.2025
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək
Zelenski Trampla son görüşdən razı qaldığını açıqlayıb
18:41 28.06.2025
Zelenski Trampla son görüşdən razı qaldığını açıqlayıb
Baksol yolunda kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb
18:36 28.06.2025
Baksol yolunda kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
17:49 28.06.2025
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
17:35 28.06.2025
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
17:21 28.06.2025
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
17:05 28.06.2025
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür