Partiya funksionerləri dövlətdən ayrılan pulları öz aralarında bölə bilmirlər "Seymur Həsənli əslində partiyadan istefa verməyib. Sadəcə partiya daxili fəaliyyətsizliyinə don geyindirmək və gündəmdə qalmaq üçün ustalıqla hazırladığı piar xəbəri məlumata məhz bilərəkdən ötürüb" Bu haqda AZXEBER.COM-a Milli Dirçəliş Hərəkatı Partiyasının gəncləri məlumat verib. Onların dediyinə görə, Seymur Həsənli hələ də partiya sədrinin müşaviri vəzifəsində Fərəc Quliyevə yarınmaq üçün əlindən gələni edir. Məlumatda həmçinin deyilir ki, dövlətdən maliyyə alan partiyalardan biri də Milli Dirçəliş Hərəkatı Partiyasıdır və bu günlərdə ayrılan vəsait partiyaların bank hesabına keçirilib. Bu da partiya daxili narazılığı pik həddə çatdırıb.Qeyd edək ki, dünən yayılan məlumatda Fərəc Quliyevlə Seymur Həsənlinin arasında maddi baxımdan narazılıq yarandığını deyilirdi. Belə ki, Fərəc Quliyev partiya funksionerinə maddi baxımdan heç bir dəstək verməyib və Seymur Həsənli vəzifəsindən uzaqlaşıb.