Deputatın partiyasından Hafiz Hacıyevə - CAVAB

SOSİAL
16:30 28.07.2016
1779

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimliyə cavab verməsi və sərt fikirlər səsləndirməsinə partiyadan cavab gəlib.

Partiyanın mətbuat katibi Coşqun Kürçaylı AZXEBER.COM-a açıqlamasında Hafiz Hacıyevin fikirlərinə münasibət bildirib. O deyib ki, Hafiz Hacıyevin sözləri ağ yalandır: 

"Tahir Kərimlinin "balıq" Hafizə cavab verməsi, ona şərəf olardı. Tahir Kərimli müsahibəsində gəncləri təhqir etməyib. Sadəcə olaraq sağlam gənclik içərisində xüsusi murdar nəsil yetişdirilməsinə münasibət bildirib. Hafiz Hacıyev deyib ki, Rza Rzayev adlı şahidi var qeyd edim ki, Ali Məhkəmədə elə birisi işləməyib. Yalançının şahidi yanında olar. Əslində sağlam gənclik sənin kimi murdar adamın Azərbaycanlı soy köklü olmasına şübhə etməlidir. Öz "mədəniyyətini" dəfələrlə efirlərdə xalqa nümayiş etmisən".

Qeyd edək ki, Hafiz Hacıyev bu gün AZXEBER.COM-a açıqlamasında deyib ki, Tahir Kərimli başıxarabın, avaranınsatqının biridir. O Ali Məhkəmənin sədri olduğu müddətdə axşama qədər kabinetdə qolunu qırxırdı, kabinetində şalvarsız otururdu. Bunu keçmiş müavini Rza Rzayevdən də soruşa bilərsiz. Tahir Kərimlinin o təhqirinə Azərbaycan gəncliyi təpki göstərməlidir və dediyim faktlara əsasən onun şəkillərini çəkib internetdə yayımlasınlar.Belə insanların cəmiyyətin qınağına tuş gəlməsi üçün xalqı üzərinəqaldırmaq lazımdır.Biqeyrət dediyi gənclik gərək onun lüt fotolarını internetdə yaysın. 

OXŞAR XƏBƏRLƏR