Deputatın qızının toyundan - FOTOLAR

Deputatın qızının toyundan - FOTOLAR
Bütün Xəbərlər
11:47 16.10.2014
9298
Dünən millət vəkili Jalə Əliyeva qızı Müjgana toy edib.
"JW Marriott Absheron” otelində keçirilən möhtəşəm toy mərasimi milli adət-ənələrə uyğun formada keçirilib. Toyun açılışı muğam və aşıq ifaçılarının çıxışı ilə edilib. Xanım millət vəkilinin bilavasitə istəyinə uyğun, bir çox toy mərasimindən fərqli olaraq milli mətbəximizin şahı olan plov süfrəyə məclisin əvvəlində gətirilib. Toy məclisini əməkdar artist Əkbər Əlizadə idarə edib.
Xanım deputatın kürəkəni İlyas adlı dövlət işçisi, deputatın qudası isə Kamran adlı dövlət məmurudur.
Qeyd edək ki, toy mərasimində bir çox yüksək vəzifəli şəxslər, nazirlər, millət vəkilləri, generallar, icra başçıları və incəsənət nümayəndələri iştirak edib. Nəqliyyat Naziri Ziya Məmmədov, Kənd Təssərrüfatı Naziri Heydər Əsədov da qonaqlar arasında olub(Ucnoqta.az).
AZXEBER.COM xəbər verir ki, Ziya Məmmədovla Heydər Əsədov qudadırlar. Nəqliyat nazirinin oğlu Anar Məmmədov Heydər Əsədovun qızının həyat yoldaşıdır.
OXŞAR XƏBƏRLƏR