Deputatlığa keçmiş namizəd pul üstündə Bakıda adam güllələdi

Deputatlığa keçmiş namizəd pul üstündə Bakıda adam güllələdi
Bütün Xəbərlər
04:40 09.06.2011
1619


Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsindən APA-ya verilən məlumata görə, ilkin araşdırma nəticəsində Nadir Orucovla tanışı Rövşən Rüstəmov arasında pul üstündə mübahisə baş verdiyi müəyyənləşib. Bundan qəzəblənən Nadir Orucov üzərində olan "Makarov" tipli tapançadan atəş açaraq Rövşən Rüstəmovu öldürüb. O, R.Rüstəmova "Makarov" tipli tapançadan 2 güllə vurub. Hadisə Seyidzadə 3 ünvanındakı ofisdə törədilib. Ofisin yaxınlığında N.Orucova məxsus avtoyuma məntəqəsi, kafe və market də var. Nəsimi rayon prokuroru Aqşin Ziyadov APA-ya açıqlamasında prokurorluq əməkdaşlarının hadisə yerinə baxış keçirdiyini, meyitin tibbi ekspertizaya göndərildiyini bildirib: "Hazırda araşdırma aparılır. Hər şey araşdırmalardan sonra məlum olacaq". Faktla bağlı Nəsimi Rayon Prokurorluğu tərəfindən əməliyyat-istintaq qrupu yaradılıb, araşdırma aparılır. N.Orucov artıq saxlanıb. Qeyd edək ki, Nadir Oruc oğlu Orucov 2005-ci ildə 9 saylı Binəqədi II, 2010-cu ildə isə 21 saylı Nəsimi I Seçki Dairəsindən deputatlığa namizəd olub. Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Konqresi Azərbaycan nümayəndəliyinin rəhbəridir. N.Orucov həm də "Zivər Nadir" MTK İstehsalat Kommersiya firmasının baş direktoru, sahibkardır, evlidir, 1 övladı var.

 

OXŞAR XƏBƏRLƏR