Deputatlar əllərinə bel götürüb ağac əkdilər - FOTOLAR

SİYASƏT
03:09 10.05.2014
1603

Yeni Azərbaycan Partiyasının (YAP) keçirdiyi ağacəkmə gününə YAP üzvləri olan deputatlar da qoşulub.

AZXEBER.COM xəbər verir ki, Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin 91 illik yubileyi ilə əlaqədar ağacəkmə kampaniyası keçirib. Kampaniyada millət vəkilləri Siyavuş Novruzov, Bahar Muradova, Mübariz Qurbanlı iştirak edib.

Eyni zamanda ağacəkmə kampaniyasında baş nazirin müavini Əli Əhmədov da iştirak edib.

AZXEBER.COM-un əməkdaşının ağacəkmə kampaniyası zamanı çəkdiyi fotoları təqdim edirik:

OXŞAR XƏBƏRLƏR