Deputatlar Rzanın azadlığa çıxması üçün hərəkətə keçdi: İnam Kərimova müraciət ediləcək

SOSİAL
13:20 21.07.2023
2413
Xəbər verdiyimiz kimi, xuliqanlıq ittihamı ilə məhkum edilmiş tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayevin kassasiya şikayəti icraata götürülüb. İş Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq. 

Şikayətdə R.Rzayevə qarşı irəli sürülmüş ittihamın əsassız olduğu qeyd edilərək bəraət qərarı çıxarılması istənilib.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Aqil Abbas AZXEBER.COM-a açıqlama verib.

O prosesi diqqətlə izlədiyini bildirib:

"Rzanın həbsinə münasibətimin həddən artıq pis olduğunu dəfələrlə demişəm, yenə də deyirəm. Azadlığa çıxması üçün də təşəbbüs göstərmişəm, göstərəcəm də. Tək mən yox, bəzi deputatlar da mənə qoşulub.
Fazil Mustafa və Qüdrət Həsənquliyev ilə birlikdə imkanımız daxilində müraciətlərimiz olacaq”.

Deputat Rza Rzayev azadlığa çıxacaqmı sualına da münasibət bildirib:

"Mən bütün instansiyalara ədaləti bərpa etmək üçün çağırış edirəm. Ali Məhkəməyə, hörmətli İman Kərimova işə humanizm prinsiplərindən yanaşması və ədalətli qərar çıxarması üçün müraciətimizi çatdıracağıq”.

Qeyd edək ki, Rza Rzayev millət vəkili Aqil Abbasın romanı və ssenarisi əsasında çəkilmiş "Dolu” filmində rol aldığı "Drakon” obrazı ilə məşhurlaşıb.

Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsi onu Cinayət Məcəlləsinin 221.3-cü ((Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilərək, barəsində 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarıb.

Şəbnəm Zahir

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb