Deputatlar seçkini necə qiymətləndirir? - RƏYLƏR

SİYASƏT
18:35 09.10.2013
1420

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilib.

AZXEBER.COM xəbər verir ki, ən son rəsmi məlumatlara görə seçicilərin 2 milyon 987 min 213 nəfəri artıq öz səslərini verib.

83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən seçilən millət vəkili Aqil Abbas AZXEBER.COM-a açıqlamasında seçkilərin yüksək səviyyədə keçirildiyini söyləyib:

“Ağcabədidə, Ağdamda, Fizulidə və bir sıra rayonlarda seçki monitorinqləri apardıq. Seçki yüksək səviyyədə keçirilir. Yekun olaraq onu deyə bilərəm ki, heç bir qanun pozuntusu ilə qarşılaşmadıq.

22 saylı Nəsimi ikinci seçki dairəsindən seçilən millət vəkili Asim Mollazadə də AZXEBER.COM-a açıqlamasında vətəndaşların seçkiyə çox böyük marağı olduğunu söyləyib:

“Bu gün seçki ilə bağlı müaşahidələrimizi apardıq. Seçkilərdə iştirak edən namizədlərin nümayəndələri də bu müşahidələri aparırdı. Hər şey yüksək səviyyədə həyata keçirilir. Günün birinci yarısı seçicilər tərəfindən çox böyük maraq var idi. Hətta mən özüm də bir müddət sırada gözlədikdən sonra öz səsimi verdim. Heç bir pozuntuyla qarşılaşmadım”.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR