Deputatlar səfirin geri çağrılmasına münasibət bildirdi

Deputatlar səfirin geri çağrılmasına münasibət bildirdi
Bütün Xəbərlər
14:56 22.05.2012
1204

Mayın 22-də Milli Məclisin iclasında çıxış edən hakim Yeni Azərbaycan Partiyasından deputat Mübariz Qurbanlı Bakıda keçirilən “Avroviziya” mahnı müsabiqəsinə toxunaraq deyib: “Çox təəssüf ki, bəzi dairələr - erməni lobbisi və İrandakı dairələr bunun əleyhinə gedirlər. İranda anti-Azərbaycan mitinqi təşkilı edənləri pisləyirəm. Adında islam sözünü daşıyan ölkə müsəlmanların qanını içən Ermənistanla dostluq eləməməli idi, amma elədi. Bu baxımdan hesab edirəm ki, Azərbaycandakı vətənpərvər gənclərin də Bakıda İran səfirliyi qarşısında keçirdiyi mitinqdə böyük həqiqət var.

İşğalçı ölkə ilə həmkar olan İran bu gün bölgənin təhlükəsizliyini tamamilə təhlükə altına alıb. Tehranın bu hərəkəti İranla imzaladığımız sənədlərə də ziddir. Elədikləri azmış kimi İran Azərbaycandakı səfirini də geri çağırır. Səfirin bu şəkildə geri çağırılması da münasibətlərimiz üçün xoşagələn deyil”.

“Media forum” saytının məlumatına görə, deputat Qənirə Paşayeva da söz alaraq bildirib ki, İran tərəfi Azərbaycanın daxili işlərinə qarışmaqda davam edir: “İranda “Avroviziya” mahnı müsabiqəsinin islam dini əleyhinə olmasını deyənlər Şuşanın ermənilər tərəfindən işğal olunmasının 20 illiyi ilə bağlı heç reaksiya bildirmədilər. Din pərdəsi arxasında bəyanat verənlər Şuşada müsəlmanların qətlə yetirilməsi, islam mədəniyyətinin məhv edilməsi haqda heç bir bəyanat vermədilər. Heç bir dövlətin Azərbaycanın daxili işlərinə qarışmaq hüququ yoxdur”.

OXŞAR XƏBƏRLƏR