Deputatlarımız Minsk Qrupunu tələb edir

Deputatlarımız Minsk Qrupunu tələb edir
SİYASƏT
11:01 01.07.2013
1575
ATƏT Parlament Assambleyasının İstanbulda keçirilən 22-ci illik toplantısında Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin hesabatı müzakirəyə çıxarılıb. Modern.az-ın məlumatına görə, müzakirələrdə Azərbaycanın nümayəndə heyətinin üzvü, millət vəkili Azay Quliyev çıxış edib:“Mən xanım Abramikiene ATƏT regionunda olan çox önəmli siyasi və təhlükəsizlik məsələlərini əhatə edən, olduqca yaxşı və hərtərəfli hazırlanmış məruzə üçün təşəkkür edirəm. Fikrimcə, hörmətli məruzəçi Sammiti “İstanbuldan İstanbula” adlandırmaqda tamamilə haqlıdır. Belə ki, 1999-cu il İstanbul Sammiti ATƏT təhlükəsizlik memarlığı baxımından olduqca önəmli olmuşdur. Həmçinin, onunlada razıyam ki, baxmayaraq ki, İstanbul Sammitində olduqca əhəmiyətli siyasi öhdəliklər qəbul edilmişdir, lakin bir çox məsələlər hələ də öz müsbət həllini tapmamış qalır. Bu məsələlərdən biri də, regionda olan uzun sürən münaqişələrdir: Moldovada Transdniestrian, Gürcüstanda Abxaziya və Cənubi Osetiya və əlbətdəki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi. Dağlıq Qarabağ münaqişəsindən söz düşmüşkən, bilirsiniz ki, biz bu problemi illərdi ki, müzakirə edirik. Təəssüflər olsun ki, 21 illik danışıqlara baxmayaraq, Qrup hələdə bu məsələ barədə heç bir uğur əldə edə bilməyib və münaqişə hələ də çözülməmiş qalır. Xanım Abramikienin öz məruzəsində qeyd etdiyi kimi, atəşkəsə baxmayaraq “təmas xəttinin hər iki tərəfində itkilər davam edir”.Həmsədrlərin sülh danışıqlarında heç bir irəliləyişə nail olmadıqlarını nəzərə alaraq, məndə həmkarım Bahar Muradovanın təklifinə qoşularaq Minsk Qrupunun tam tərkibdə çağırılmasını təklif edirəm. Fikrimcə, 11 üzv ölkənin birgə iclası problemin hərtərəfli və birdəfəlik həllinin tapılması prosesinin dinamikası baxımından faydalı olar. Minsk konfransında bir neçə suala cavab tapmalıyıq: nə üçün danışıqlar nəticəsiz qalıb? Biz problemi sülh yolu ilə necə həll edə bilərik? Başlıca maneələr nələrdir? Biz Minsk Qrupunun formatı barədə yenidənmi fikirləşməliyik? Bizim başqa ölkələri də bu prosesə cəlb etməyə ehtiyacımız varmı? Və yaxud, biz Qrupun mandatını gücləndirməliyikmi? Biz gərək bu suallara cavab tapaq. Uzun sürən münaqişələrin sülh yolu ilə həlli regionumuzun gələcək tərəqqisi üçün həyati əhəmiyyət daşıyır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranda Yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
14:31 10.03.2026
İranda Yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
14:25 10.03.2026
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
Bayram namazı nə vaxt qılınacaq?
14:15 10.03.2026
Bayram namazı nə vaxt qılınacaq?
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
14:07 10.03.2026
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
14:00 10.03.2026
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
13:53 10.03.2026
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
13:50 10.03.2026
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
13:35 10.03.2026
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
13:28 10.03.2026
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
13:17 10.03.2026
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
13:16 10.03.2026
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
13:11 10.03.2026
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
13:06 10.03.2026
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
13:03 10.03.2026
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
12:58 10.03.2026
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı
12:48 10.03.2026
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı