‘Deputatların maaşlarının artırılmasını bu qədər böyütmək lazım deyil’ - Fərəc Quliyev

‘Deputatların maaşlarının artırılmasını bu qədər böyütmək lazım deyil’ -  Fərəc Quliyev
Bütün Xəbərlər
13:50 11.12.2013
1282

“Deputatın sürücüsünün əməkhaqqı, köməkçisinin əməkhaqqı var ki, bu da Milli Məclis üzvünün xərclərini çoxaldır”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında deputatların maaşlarının artırılması məsələsinəmünasibət bildirən deputat Fərəc Quliyev söyləyib:

“Əməkhaqlarının artırılması bütün büdcə təşkilatlarından maliyyələşən təbəqələrə - həkimlərə, müəllimlərə, hərbiçilərə aid edilməlidir. Hesab edirəm ki, əməkhaqlarının artırılması Azərbaycan parlamentində təmisl olunan şəxslərə də şamil edilməlidir. 

Əslində mən bu təklifi parlamentdə irəli sürən deputatlardan olmamışam. Amma nəzərə almaq lazımdır ki, parlamentlərarası dostluq qruplarının üzvləri olan deputatların xarici səfərləri var və onların əməkhaqları buna imkan vermir. Eyni zamanda deputatın sürücüsünün əməkhaqqı, köməkçisinin əməkhaqqı var ki, bu da milli məclis üzvünün xərclərini çoxaldır. Nəzərə almaq lazımdır ki, bölgələrdən seçilən deputatlar öz seçiciləri ilə görüşlərə və ya tədbirlərə gedirlər. Ümumiyyətlə, Milli Məclisin deputatlarının əməkhaqlarının artırılmasını bu qədər böyütmək lazım deyil”.

Əfsələddin Ağalarov 

OXŞAR XƏBƏRLƏR