Deputatlığa namizəd Adəm Məmmədov Prezident İlham Əliyevə müraciət etdi

Deputatlığa namizəd Adəm Məmmədov Prezident İlham Əliyevə müraciət etdi
Bütün Xəbərlər
03:40 30.10.2015
4256

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Adəm Məhərrəm oğlu Məmmədov adıçəkilən dairədə baş verənlərlə bağlı Prezident İlham Əliyevə müraciət edib. AZXEBER.COM xəbər verir ki, həmin müraciət eyni zamanda Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova, Daxili İşlər naziri cənab Ramil UsubovaMSK-nın sədri cənab Məzahir Pənahova, Cəbrayıl rayon seçicilərinə və mediaya ünvanlanıb.

Müraciəti olduğu kimi təqdim edirik:

Möhtərəm Prezident!

Ədalətinizə və prinsipial mövqeyinize bir an belə şübhə etsəydim seçkilərə qatılmazdım. Odur ki, qeyd etdiyim faktlara dərhal və obyektiv münasibət bildiriləcəyinə əminəm. Bir neçə gündür ki, Cəbrayıl əhalisini ən çox məskunlaşdığı Biləsuvar rayon ərazisində ki, qəsəbədə seçicilərimlə görüşlər keçirirəm. Aldığım mötəbər məlumatlar məni o dərəcədə hiddətləndirmişdir ki, belə açıq yazmaq məcburiyyətində qaldım. Cəbrayıl rayon İcra Hakimiyyəti rəhbərliyi əksəriyyəti məktəb direktorlarından ibarət olan məntəqə sədrlərini 27 oktyabr 2015-ci il tarixdən başlayaraq, bir neçə gündür ki, qəbul edib hətta əvvəlcədən tarix göstərilməyərək işdən çıxma barədə ərizələrini alaraq, onlara təziq edib təhditlə seçki qutularından Astan Nüşrəvan oğlunun adı çıxmayacağı təqdirdə cəzalandırılacaqlarını bildirir.Yazdıqlarımın həqiqət olduğunu sübut etmək üçün ikicə məntiqi nəzərinizə çatdırmaq istəyirəm. Birincisi, mən həm Astan Nüşrəvan oğlunun, həm də Cəbrayıl rayon İcra Başçısı Mahmud Quliyevin hüquqlarının müdafiəsi ilə əlaqədar vəkilləri olmuşam. İndi kim sadəlövlik edib deyər ki, mənim onlarla seçki kampaniyası başlayandan heç bir səmimi söhbətim olmayıb. Seçki saxtakarlığına hazırlıq və seçkiyə açıq müdaxilə olmasaydı mən bu detallara istinad etməzdim. Dəfələrlə özümə və yaxın qohumlarıma onlar tərəfindən bildirilmişdir ki, mən namizədliyimi geri götrüm, razılıq verməyəndə isə seçkiyə heç bir müdaxilə olmayacağına söz verilmişdir. Səmimi söhbətlərimizdə rayon rəhbərliyi bütün cəbrayıllıları bildiyi bir faktı təsdiq edərək Astan Nüşrəvan oğlunun arxasında duran yüksək vəzifəli bir məmurun olmasını etiraf etmişdir. Mən onlardan fərqli olaraq dövlətimizin nəzərə alıb həmin məmurun adını çəkmirəm. Lakın maraqlanılarsa həmin yüksək vəzifəli məmurun kim olması cəbrayıllılar üçün sirr deyil. Hətta cəbrayıllılar arasında belə bir incə yumorlu deyimdə var "Astan Nüşrəvan oğlu kimi bəxtimiz olsaydı bizimdə uşaqlıq dostumuz, sinif yoldaşımız yuxarı vəzifədə oturardı, biz də bir gün görərdik". Bütün bu faktları sadalıyarkən, mən bir daha üzümü Cəbrayıl rayon seçicilərinə xahiş edirəm seçkidə aktiv iştirtak edib səslərinə sahib çıxsınlar. Dairə və məntəqə rəhbərlərinə bildirirəm ki, Azərbaycan hüququ dövlətdir heç bir təkid, təhdit və təziqə məhəl qoymayıb qanuni vəzifələrini icra etsinlər.İknci məntiq: Seçkilərə qatılmaq və seçki kampaniyası 15-20 vəzifəli şəxslə məktəb direktoru və büdcədən maliyələşən təşkilat rəhbəri ilə görüşüb, sonra gedib rahat kresloda oturmaq deyil axı?! Astan Nüşrəvan oğlu yuxarada qeyd etdiyim məntiqə və faktlara arxayın olmasaydı son 10 ildə sakit oturduğu qədər, indi rahat olmazdı. Mən sərhəd bölgəsində olan yeganə seçicimlə belə görüşə bilirəmsə və bunu seçkidə iştirak edən birisi olaraq özümə vəzifə və mənəvi borc hesab edirəmsə, Astan Nüşrəvan oğlu nəyə bu qədər arxayındır ki, Azərbaycanın demək olar ki, bir çox ərazisində kütləvi məskunlaşmış seçicilərinə açıqca laqeyidlik göstərərək görüşlərə belə getmir. Tam səmimi mən getməmə səbəbini bilirəm, çünki onun haqqında deyilənləri üzünə söyləniləcəyindən həm qorxur, həm də çəkinir. Düşünürəm ki, bu açıq müraciətdən sonra Astan Nüşrəvan oğluna Cəbrayıl rayon Polis Şöbəsinin rəisi işləyən qardaşı oğlu Araz Şahverdiyev belə kömək edə bilməyəcək.Xahiş edirəm yazdıqlarımı nəzərə alıb qanun çərçivəsində tədbir görəsiniz.

Hörmətlə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Adəm Məhərrəm oğlu Məmmədov

OXŞAR XƏBƏRLƏR