120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığını irəli sürən Adəm Məmmədov növbəti dəfə seçicilərinə müraciət edib. Müraciətdə deyilir:
"Hörmətli seçicilərim və dostlarım!Bu günə qədər 16 min cəbrayıllını əhatə edən, Bakı, Sumqayıt və Abşeron rayonı ərazisindəki seçicilərimlə görüşərkən, məni təcübimə, hiddətimə və qəzəbimə səbəb olan eşitdiyim və gördüklərimi sizlərlə paylaşmaq istəyirəm. İllərlə onların səsindən istifadə edib, guya seçiciləri təmsil edən Astan Nuşrəvan oğlunu numayiş etdirdiyi laqeyidlik və arxayınçılıq onları hiddətləndirdiyi qədər mənidə qıcıqlandırır. Bu arxayınlığın səbəbini gələcək seçicilərim mənə bildirdilər və tələb etdilər ki, gündəmə gətirim.Odur ki, üzümü seçki məntəqələrinin əsasən yerləşdiyi təhsil şöbələrinin rəhbərliyinə, eləcə də dövlətdən maliyələşən idarə və təşkilatların rəhbərlərinə bəzi fikirlərimi paylaşmaq istəyirəm. Əvvəlcədən mən heç kimi ittiham etmirəm. Sadəcə olaraq bir hüquqşunas kimi nəzərlərinə çatdırıram ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158, 159, 160-161-ci maddələri seçki hüququnu həyata keçirməsinə mane olmaq, müdaxilə etmək, təsir göstərmək, səs verməni pozmaq, sənədləri saxtalaşdırmaq və bilə-bilə düzgün hesablamamaq cinayət məsuliyyəti yaradır.Odur ki, nə rayon rəhbərliyinin göstərişi, nə vəzifəli şəxsin müdaxiləsi ilə qanun pozuntusu etməyin, onlar sizi belə müdafiə edə bilməyəcəklər. Bir cəbrayıllı kimi, mənimdə kifayət qədər bu sektorlarda işləyən qohum və dostlarım var. Onlarda təsdiq edirlər ki, yüksək vəzifəli şəxslər tərəfindən ciddi təsir var ki, siz sıravi məntəqə rəhbərlərində ruh düşkünlüyü yaradıb guya Astan Nüşrəvan oğlunun onlu-onsuz seçiciləcəyinə sizi inandırmaqla öz istədiklərini etsinlər. Dövlət başçısı tərəfindən ciddi islahatlar aparılıb və mən inanıram ki, Milli Məclis seçkiləridə şəxsən cənab prezidentin nəzarətindədir və əminəm ki, heç bir qanun pozuntusu cəzasız qalmayacaq. Bir daha deyirəm Astan Nüşrəvan oğlunun guya seçilmişlərdən olduğu hakda yaradılmış mifə inanmayın. Mənim bu müraciət etməyimə səbəb həm də odur ki, Astan Nüşrəvan oğlu sadə və sıravi seçicilərini bir yana qoyub büdcədən maliyələşən məktəb və idarə rəhbərləri ilə görüşür. Mən bu yazdıqlarımla bir daha belə əməlləri etmək istəyənlərin nəzərinə çatdırıram ki, kimliyindən aslı olmayaraq, həmin insanlara bir prinsipial vəkil kimi, qanunların hər şeydən üstün olduğunu sübut edəcəm...Bütün bilməyənlər bilsin. Mən iqtidar nümayəndəsi olmadığım qədər, müxalifətçi də deyiləm. 9 milyonluq Azərbaycan vətəndaşlarından vəkil statusu daşıyan biri olaraq, ağa-ağ, qaraya-qara deməyə cəsarətim çatdığı qədər təbiətdə digər rənglərin də olduğunu görürəm. Mən kimsə ilə lal oyunu oynayıb baş girləyərək yaşayanlardan deyiləm. İstəyirəm ki, həqiqətən seçicilərim birmənalı olaraq başa düşsünlər ki, onların düzgün seçim etməsi tək özlərinin, övladlarının gələcəyi üçün deyil, həm də Azərbaycan dövlətinin gələcəyi üçündür.
Son illərdən dövlət rəhbərliyi tərəfindən aparılan bu müsbət islahatı görməzdən gəlmək olmaz. Lakin möhtərəm prezidentimizin etiraf etdiyi kimi, onun belə etibarından sui-istifadə edərək, nə qədər qanun pozuntusu törədən yüksək rütbəli məmur və vəzifəli şəxslər var. Axı niyə biz hər şeyi islahatlarla yox, inqilabla düzələcəyinə bu qədər inanırıq. Efirdə dünyada baş verənləri, dünyanın böyük oyunçularının oyununa gələn xalqların, dövlətlərin başına gətirilənlər bizə bir dərs olmalıdır.
Bəli Azərbaycan sabit dövlətdir, belə qalmasını mən də normal insan olaraq arzulayıram. Lakin bu o demək deyil ki, bəzi məmurlar aşırı var-dövlət yığaraq, bu sabitlikdən istifadə edərək istədiyi özbaşnalığı etsinler. Bunun üçün islahat vacibdir və bu şans bu seçkilərdə cəbrayıllılara da verilmişdir.
Mənə məlumat çatır ki, həm Cəbrayıl rayon təhsil şöbələrində, eləcə də müxtəlif qurum ve təşkilatların da siz seçiciləri həvəsdən salmaq üçün, Astan Nuşrəvan oğlunun adamları inandırmağa çalışırlar ki, ay camaat Astan Nuşrəvan oğlunun arxasında "filankəs var, bəhmənkəs var,özünüzü yormayın".
Mən sizə deyirəm artıq hamı kimin kim olduğunu bilir. Bir daha sizdən xahiş edirəm, səs vermədə şəxsən iştirak edib belələrinə boş büliten şansı verməyin. Bilin ki, büliten saynandır. Əgər siz həmin bülitenləri doldursanız onların boş büliten şansını əlindən almış olursunuz. Qalanı mənlikdir. Hörmətlə! Adəm Məmmədov