“Dərnəgül” metrosuna pulsuz avtobuslar işləyəcək

“Dərnəgül” metrosuna pulsuz avtobuslar işləyəcək
SOSİAL
20:19 29.09.2026
190
Bakının 7-ci mikrorayonunda yaşayan sakinlərin "Dərnəgül” metro stansiyasına gediş-gəlişini asanlaşdırmaq məqsədilə ödənişsiz avtobuslar fəaliyyət göstərəcək.

"BakuBus"dan AZXEBER.COM-a verilən məlumata görə, bunun üçün 3 nömrəli müntəzəm marşrut xəttindən xüsusi avtobuslar ayrılacaq.

Avtobuslar Abay Kunanbayev küçəsindən "Dərnəgül” metro stansiyasına və əks istiqamətdə hərəkət edəcək.

Sərnişinlər bu avtobuslardan ödənişsiz istifadə edə biləcəklər.
OXŞAR XƏBƏRLƏR