Hadisə nəticəsində ölən məktəbli qızın şəxsiyyəti məlum olub. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, bu, III sinif şagirdi Türkan Rövşən qızı Abbasovadır. Onun bacısı I sinif şagirdi Fidan Rövşən qızı Abbasova və qonşuları I sinif şagirdi Rəvanə İsa qızı Bağırova isə yaralanıblar. Hazırda Rəvanə Bağırovanın vəziyyəti daha pisdir və hazırda reanimasiyadadır.Qızları “Mercedes” markalı avtomobil vurub. Maşının sürücüsü Əliyev Qismət artıqq saxlanılıb.Qeyd edək ki, faktla bağlı istintaq aparılır.***12:28Bu gün Biləsuvar rayonu Aşağı Cüləli kəndində səhər saat 8:00 radələrində 3 məktəblini maşın vurub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, dərsə gedən qızları maşın məktəbin girişində vurub.