Desperado Musiqi Məktəbi yeni ünvanda

GƏNCLİK
01:05 13.01.2012
5715

Azərbaycada İlk Özəl Musiqi Məktəbi olan Desperado Musiqi Məktəbi Artıq tələbələrinə daha geniş və rahat ofisdə xidmət edə biləcək.

Dərslərin artıq Caspian Plaza-nın 1-ci mərtəbəsində keçiriləcəyini qeyd edən, Desperado Musiqi Məktəbinin Direktoru Murad Seyidov AZXEBER.COM-a bildirib ki, yeni ofisdə artıq tələbələr Musiqi Alətlərində ifa edə bilmək üçün daha geniş imkanlara sahib olacaqlar. Geniş, rahat otaqlar artıq Desperado Musiqi Məktəbi tələbələrinin tam xidmətində olacaq.

Xatırladaq ki, Desperado Musiqi Məktəbi artıq 2 ildən çoxdur ki, fəaliyyət göstərir və Peşəkar müəllim heyətiylə şirkət şəraitində Gitara, Skripka, Piano, Drums, Saksafon dərsləri keçən yeganə Musiqi Məktəbidir.

OXŞAR XƏBƏRLƏR