İdman superulduzları Devid Bekhem və Lebron Ceyms MLS-də yeni birgə layihəyə başlamağa hazırlaşırlar.
AZXEBER.COM-un eurosport.ru-ya istinadən verdiyi xəbərə görə, futbolçu kimi karyerasını başa vuran Devid Bekhem çoxdandır ki, öz komandasını yaratmaq barədə düşünürdü.Noyabrın 18-də Devid Bekhem və Lebron Ceymsin görüşü baş tutub.“Hər iki tərəfdən maraq var. Devid son 10 ildə mənə yaxşı dost olub. Düşünürəm ki, Mayaminin öz futbol klubunun olması pis olmazdı. Burada çoxlu sokkerçilər, istedadlı gənclər var. Mən bu maraqlı idman növünü bir az öyrənə bilmişəm. Və mənim uşaqlarımın bu çox xoşuna gəlir”, - deyə Ceyms bildirib.Layihənin startı üçün 25 milyon dolların lazım olduğu ehtimal edilir.