Böyük Britaniyada keçirilən referendumun ilkin nəticələri açıqlandıqdan sonra ölkənin baş naziri Devid Kemeron canlı yayıma çıxıb.
O, canlı efirdə istefa verdiyini açıqlayıb.
Kemeron ölkənin Avropa Birliyindən çıxmasından sonrakı dönəmə yeni baş nazirlə girməli olduğunu düşündüyünü deyib: “Bu qərar qulaqardı edilməməlidir. Britaniya xalqının qərarlarına hörmət etmək lazımdır. İndi AB ilə görüşlərə hazırlaşmalıyıq. Hər zaman böyük qərarlarla üzləşmək lazımdır”.
Kemeron Böyük Britaniyanın Avropa Birliyi ilə daha güclü olduğunu əlavə edib.
///AzNews.az