Diaspor quruculuğu və dünya azərbaycanlılarının həmrəyliyi - Düşməni qorxuya salan birlik

SİYASƏT
12:54 29.07.2021
1645
Əsas məqsədinin xaricdə yaşayan azərbaycanlıların həmrəyliyinin təmin olunması olan Diasporla iş üzrə Dövlət Komitəsinin ölkəmiz üçün önəmli məsələlərin dünya ictimaiyyətinə çatdırılmasında rolu böyükdür. 

Bu məqsədin həyata keçirilməsi 44 günlük Vətən müharibəsi dövründə də özünü göstərirdi. 

Xaricdə yaşayan azərbaycanlıların bir araya gətirilməsi müharibə dönəmində Azərbaycan üçün ən önəmli olan amillərdən biri idi. 

Diasporla İş üzrə Dövlət Komitəsi bu istiqamətdə də müsbət nəticə verən işlər istiqamətində addımlar atırdı. 

Bu işlərin bünövrəsi müharibə dövründən əvvələ gedib çıxır. 

Çünki diaspor Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarının geri qaytarılması, Ermənistanın Azərbaycana qarşı işğalçılıq, terror, soyqırımı törətməsini dünyanın, beynəlxalq təşkilatların diqqətində saxlayırdı. 

Nəticədə Qarabağ həqiqətləri, Azərbaycanın haqlı səsi dünyanın bir çox mətbu orqanlarında dərc olunurdu. 

Milli Məclisin deputatı Azər Badamov AZXEBER.COM-a açıqlamasında diaspor fəaliyyəti haqda deyib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti çox müsbətdir:

"Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi özünün inkişaf dövrünü yaşayır. Bu Komitəyə yeni sədr təyin olunandan sonra onun fəaliyyəti daha da genişlənmişdir. Dünyanın ayrı-ayrı yerlərində yaşayan azərbaycanlılarla əlaqələr yaradılmış, onlar koordinasiya olunmuşdur və bu gün Azərbaycanın səsinin dünya arenalarına çatdırılmasında Diasporumuzun xüsusi əməyi vardır.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti çox müsbətdir. Artıq bütün dünyada gənc azərbaycanlılar vətənin səsi ilə, onun əldə etdiyi qələbə ilə yaşayırlar. Bundan sonra da bütün məsələlərin beynəlxalq arenalarda canlandırılması, dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında daha geniş fəaliyyət göstərəcək”.
 
Deputat bildirib ki, komitənin iş prinsipləri peşəkar şəkildə qurulub və sistematikdir: 

"Onu demək istəyirəm ki, dəst-xətt düzgündür, fəaliyyətin strategiyası düzgün qurulub və mən düşünürəm ki, bu fəaliyyət daha yaxşı sistemlə davam edəcək”.

Azərbaycanın sərhədlərindən kənarda yaşayan milyonlarla soydaşımızın vahid bir amal ətrafında birləşməsi istiqamətində bu günə qədər xeyli nailiyyət əldə olunmuşdur. Cənab Prezident İlham Əliyev də bu işləri hər zaman öz diqqət mərkəzində saxlayır. Diasporumuzun quruculuğu istiqamətində müsbət nəticələrin davamlı olması Prezidentin Komitəyə verdi diqqətin bəhrəsidir. 

Diaspor təşkilatlarımız, xaricdə yaşayan soydaşlarımız bu qayğını həmişə hiss edirlər.

Diasporla İş üzrə Dövlət Komitəsinin aktiv fəaliyyəti bu gün də davam edir. 

"Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında altında baş tutan Şuşa səfəri də Azərbaycan diaspor tarixinin ən mühüm tədbirlərindən biri oldu. 

Səfərdə 24 ölkədən 72 nəfərin iştirak etməsi bu yerlərin Azərbaycanın tarixi torpaqları olması və Azərbaycanın haqlı qələbəsi dünyanın nəzərinə bir daha çatdırıldı.

Diaspor fəalları ilə Şuşaya səyahət edən gənc, Azərbaycan-Polşa evinin rəhbəri Lalə Zeynalova qeyd edib ki, Şuşanı ziyarət etmək 50 milyon azərbaycanlının arzusudur və arzumuz bu gün çin olur:

"Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şuşaya səfər etdik. Ali Baş Komandana, ordumuza minnətdarlıq edən, şəhidlərimizi ehtiramla anan diaspor nümayəndələri Şuşada xüsusi anlar yaşadıq. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuzun azad etdiyi Qarabağımızı görmək, Şuşanı ziyarət etmək 50 milyon azərbaycanlının arzusudur. 

Arzumuz bu gün çin olur. Diaspor Komitəsinin dəstəyi ilə müqəddəs torpaqlarımızı ziyarət etdik. Biz xaricdə yaşayan azərbaycanlılar Ali Baş Komandanın çıxışlarını izləyərkən, çıxışlar vasitəsilə verdiyi sərt və məqsədyönlü mesajları görərkən, nümayiş etdirdiyi dəmir yumruğu xatırlayarkən, bu dəmir yumruğu bütün dünya azərbaycanlılarının həmrəylik simvolu kimi qəbul edirdik. Təsadüfi deyil ki, Ermənistanda fərariliyin baş alıb getdiyi, gənclərin ordudan yayındığı halda minlərlə Azərbaycan gəncinin Ümummilli Liderimiz Heydər Əliyevin ideyalarını uğurla həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyevə olan güvəni sayəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbələrində qeydiyyatdan keçərək, Vətən müharibəsinin ilk günlərindən döyüşlərə yollanması Azərbaycan xalqının öz prezidentinə, öz liderinə olan inamını, xalq-dövlət birliyini bütün dünyaya nümayiş etdirdi”.


Lalə Zeynalova onu da bildirib ki, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlilərimiz informasiya savaşında aktiv iştirak etməklə öz dəstəyini göstərdi:

"Bu gün azərbaycançılıq həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlı gənclər üçün əsas ideyaya çevrilmişdir. Xarici ölkələrdə yaşayan həmvətənlilərimiz də cəbhədə yaşanan gərginliklə bağlı sosial şəbəkələrdə paylaşımlar edirdilər. Dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlilərimiz informasiya savaşında aktiv iştirak etməklə öz dəstəyini göstərdi, Azərbaycan xalqının, Azərbaycan ordusunun yanında olduğunu dilə gətirdi. Azərbaycan ordusunun, dövlətinin yanında olmağa, düşmənin işğalçı siyasətini ifşa etməyə və Azərbaycanın haqlı mübarizəsini dünya ictimayyətinin diqqətinə çatdırmağa çalışdıq və buna davam edirik”.

Heç şübhəsiz ki, erməni lobbisi Azərbaycana qarşı davamlı olaraq anti-təbliğat aparır. Bu anti-təbliğat müharibə dövründə də müşahidə edilirdi. Ermənistan hakimiyyəti və cəmiyyəti dünyanın diqqətini fərqli istiqamətlərə yönəldərək həqiqətləri ört-basdır etməyə çalışırdı. Erməni lobbisi erməni diasporunun, Ermənistanın və "Dağlıq Qarabağ” separatçılarının maraqlarını qorumaqla məşğuldur. Erməni lobbisi öz siyasi məqsədlərini ABŞ, Argentina, İran, Rusiya, Fransa, İspaniya, Yunanıstan və s. kimi ölkələrdə həyata keçirir. 

Erməni lobbisinin əsas vəzifələrindən biri qondarma Dağlıq Qarabağ respublikasının tanınması və ona yardım göstərilməsinə nail olmaq idi. Onlar bunun üçün, əsasən ABŞ, Fransa kimi dövlətlərdən kömək almağa çalışırdılar. Hətta 1990-1994-cü illər ərzində ABŞ-dakı erməni diasporu Qarabağda gedən işğalçı müharibəni maliyyəşdirmək üçün on milyonlarla dollar vəsait toplayıb Ermənistana göndərmişdi. Amma görünən odur ki, erməni lobbisinin apardığı bütün təbliğatlara baxmayaraq Azərbaycan bu sahədə də onlara qalib gəldi. Bu qalibiyyət yalan təbliğatlarla yox ordu, güc, birlik, siyasi iradə sayəsində əldə edildi. 

Azərbaycanın tarixi torpaqlarının öz sahiblərinə qaytarılması güc sayəsində qazanılan qalibiyyətin bariz nümunəsidir.

Qeyd etdiyimiz kimi, qələbənin qazanılmasında önəmli faktorlardan biri də birlik, dünya azərbaycanlılarının, dünyada yaşayan soydaşlarımızın həmrəyliyi oldu. Bu həmrəylik sayəsində Azərbaycan ordusu özündə mənəvi dəstəyi hiss edirdi. Azərbaycan əsgəri bilirdi ki, Azərbaycan xalqı, dünya azərbayanlıları, soyadlarımız tarixi torpaqlarmızın bizə qaytarılmasını uzun illərdir ki, gözləyirdi və hər kəs həmin tarixi gün üçün ordumuza, Ali Baş Komandanın siyasi iradəsinə güvənirdi. Elə bu güvənc də Qarabağdan Azərbaycanın qələbə xəbərini gətirdi.

Erməni diasporu Azərbaycan diasporunun işğaldan azad olunmuş torpaqlarımızı tanıtması istiqamətindəki fəaliyyətini, yerli azərbaycanlıların aktiv siyasətlə məşğul olaraq yaşadıqları ölkələrdə qanunverici və icraedici orqanlarda postlar əldə etməsini, ayrı-ayrı ölkələrdə Koordinasiya şuraları, "Qarabağ evləri”, "Azərbaycan məktəbləri”i yaratmasını  narahatlıqla izləyir. 

Görünən isə odur ki, ermənilərin bu narahatlığı qarşıdakı dövr ərzində bir qədər də artacaq. Çünki erməni diasporunun açıqlamalrı və cılız hərəkətləri Azərbaycan diasporunun qarşıya qoyulan hədəflərə çatdığını ifadə edir. Azərbaycan diasporu Türkiyə, dost xalqların diasporu, türkdilli ölkələrin icması ilə əməkdaşlıq çərçivəsində nüfuz dairəsini genişləndirir, Ermənistan isə hərb meydanında olduğu kimi beynəlxalq  arenadakı savaşda da Azərbaycana daha böyük fərqlə məğlub olmaqda davam edir.

Bütün bunların əsasında isə, müzəffər Ali Baş Komandanın qətiyyətli iradəsi, ordumuzun şücaəti, şəhidlərimizin canı, qazilərimizin qanı bahasına əldə edilmiş TARİXİ ZƏFƏR və bu zəfərin dünya azərbaycanlılarına yaşatdığı SEVİNC-QÜRUR hissi dayanır. 

Aydın Nuri 

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
 

 


 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:00 25.09.2021

Konqres Əfqanıstana görə Baydenə qarşı impiçment tələb edir

23:30 24.09.2021

Dövlət Departamenti "Taliban"ın Əfqanıstanda edam cəzasını bərpa etməyini qınayıb

23:12 24.09.2021

Hikmət Hacıyev İranın xarici işlər nazirinin müavini ilə görüşüb

22:46 24.09.2021

Azərbaycan və Türkiyə gəncləri İstanbulda Anım Gününü qeyd edəcək

22:29 24.09.2021

ABŞ-da üçüncü doz vaksinasiya çağırışı edilib

22:01 24.09.2021

Türkiyədə koronavirusa gündəlik yoluxma 27 mini ötdü

21:48 24.09.2021

Paşinyan: “Regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm”

21:37 24.09.2021

Səfir: “İranda özəl yükdaşıma şirkətlərinə xəbərdarlıq olunub, Azərbaycanın ərazi bütövlüyü qorunmalıdır”

21:21 24.09.2021

Azad edilmiş ərazilərin bərpa və yenidənqurma mərhələsində Aİ-nin də iştirakı mümkündür

21:08 24.09.2021

Avropa İttifaqı BMT Baş Assambleyası üzvlərini pandemiya ilə mübarizəyə dair razılaşmanı dəstəkləməyə çağırıb

20:19 24.09.2021

Bakıda məktəb bufetlərinin açılmasına hazırlıq işləri görülür

19:57 24.09.2021

Əfqanıstanın yeni hökuməti Rusiyadan dəvət gözləyir

19:49 24.09.2021

Ermənistanda koronavirusa yoluxanların sayı 256 554-ə çatıb

19:32 24.09.2021

İcra katibi: "Azərbaycan MDB iqtisadi məkanında əhəmiyyətli yerə malikdir"

19:19 24.09.2021

“Qarabağ”ın oyununun hakimləri açıqlandı

19:06 24.09.2021

Daha 7 müəssisədə pozuntular aşkarlandı