Nikol Paşinyan: Ermənistanla Azərbaycan arasında sülh baş tutmuş faktdır

Nikol Paşinyan: Ermənistanla Azərbaycan arasında sülh baş tutmuş faktdır
SİYASƏT
10:24 09.10.2026
150
Ermənistanla Azərbaycan arasında sülh baş tutmuş faktdır.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.

Paşinyan xatırladıb ki, sülh saziş 2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın Ağ Evdə təşkil etdiyi sülh sammiti çərçivəsində paraflanıb.

"2020-ci il müharibəsindən sonra sülhə nail olmaq üçün uzun yol keçdik. Bu kontekstdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrında atəşkəsin əldə olunmasındakı rolunu xüsusi vurğulamaq istəyirəm. Lakin 2020-ci il 9 noyabr tarixli Bəyanatın imzalanmasından sonra da təəssüf ki, sülhə nail ola bilmədik”, – Ermənistanın Baş naziri qeyd edib.

Nikol Paşinyanın sözlərinə görə, Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması üçün yalnız bir real variant mövcud idi və həmin arxitektura Almatı Bəyannaməsinin prinsipləri əsasında qurulub.

O bildirib ki, 1991-ci ildə Almatı Bəyannaməsinin qəbul edilməsi Ermənistanla Azərbaycan arasındakı münaqişənin eskalasiyasının qarşısını ala bilməyib:

"Otuz ildən artıq müddətdə münaqişə Almatı Bəyannaməsinin mövcud olduğu şəraitdə davam edib və sanki bu sənədin mövcudluğu nəzərə çarpmayıb. Tam sülhün bərqərar olunması üçün, obrazlı desək, Almatı Bəyannaməsini yenidən canlandırmaq lazım idi. Biz bunu Azərbaycan Prezidenti ilə birlikdə etdik”.

Paşinyan xatırladıb ki, 2022-ci il oktyabrın 6-da Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Praqada keçirilmiş dördtərəfli görüşün yekununda tərəflər Almatı Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər.

"Hörmətli dövlət başçıları, Ermənistanla Azərbaycan arasında sülh baş tutmuş faktdır. Bu gün qeyd edə bilərik ki, son iki ildən artıq müddətdə ermənilərlə azərbaycanlılar arasında atışmalar nəticəsində ölən və ya yaralanan olmayıb. Halbuki 1990-cı illərdən başlayaraq otuz ildən çox müddətdə hər il hər iki tərəfdən ölən və yaralananlar olurdu”, – Ermənistanın Baş naziri vurğulayıb.
 
///apa
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dərsə getməyən şagirdlərin valideynləri cərimələnəcək? - VİDEO
11:13 09.10.2026
Dərsə getməyən şagirdlərin valideynləri cərimələnəcək? - VİDEO
Qaradağda əsgərləri daşıyan avtobus aşdı - VİDEO
11:08 09.10.2026
Qaradağda əsgərləri daşıyan avtobus aşdı - VİDEO
“Ailə uşaqların tərbiyəsinə televiziya və dərslərdən daha çox təsir edir”
11:00 09.10.2026
“Ailə uşaqların tərbiyəsinə televiziya və dərslərdən daha çox təsir edir”
Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı
10:54 09.10.2026
Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
10:50 09.10.2026
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Prezident: "Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"
10:48 09.10.2026
Prezident: "Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"
Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı: yeni əməkdaşlıq mərhələsi
10:46 09.10.2026
Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı: yeni əməkdaşlıq mərhələsi
"Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır"
10:45 09.10.2026
"Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır"
Komitə sədri: Gənclər milli-mənəvi dəyərlərə bağlı olmalıdır
10:44 09.10.2026
Komitə sədri: Gənclər milli-mənəvi dəyərlərə bağlı olmalıdır
Ramin Məmmədov: “Dünyəviliklə dini-mənəvi dəyərlər arasında ziddiyyət yoxdur”
10:39 09.10.2026
Ramin Məmmədov: “Dünyəviliklə dini-mənəvi dəyərlər arasında ziddiyyət yoxdur”
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyənin deputatları ilə görüşdü
10:38 09.10.2026
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyənin deputatları ilə görüşdü
Kapital Bank istiqraz yerləşdirməsi ilə xarici investor bazarına çıxışını genişləndirib
10:36 09.10.2026
Kapital Bank istiqraz yerləşdirməsi ilə xarici investor bazarına çıxışını genişləndirib
Fərid Qayıbov: Gənclərimiz Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edir
10:34 09.10.2026
Fərid Qayıbov: Gənclərimiz Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edir
Prezident: MDB siyasi dialoq platforması kimi özünü təsdiqləyib
10:27 09.10.2026
Prezident: MDB siyasi dialoq platforması kimi özünü təsdiqləyib
Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında - FOTOLAR
10:26 09.10.2026