‘Digər xərclər’Eurovision’ üçün deyil, əhalinin rifahının yaxşılaşdırılması üçündür’

‘Digər xərclər’Eurovision’ üçün deyil, əhalinin rifahının yaxşılaşdırılması üçündür’
Bütün Xəbərlər
14:12 21.05.2012
1454

Azərbaycan dövləti Bakıya gəlmiş bütün qonaqların təhlükəsizliyinə tam təminat verir. Trend-in məlumatına görə, bunu bazar ertəsi "Eurovision 2012"-yə həsr olunmuş mətbuat konfransında Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. "Azərbaycan hakimiyyəti ölkənin ictimai-siyasi təhlükəsizliyi ilə bağlı bütün qabaqlayıcı tədbirləri görüb. Biz bunu yalnız "Eurovision" üçün deyil, il boyu öz vətəndaşlarımızı qorumaq üçün görürük, lakin "Eurovision" mahnı yarışması zamanı xüsusi gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb", - Həsənov deyib. PA rəsmisi qeyd edib ki, dövlətimiz bütün sahələrdə bu yarışmaya ciddi hazırlaşıb, bütün lazımi tədbirləri görüb. "Bütün müvafiq qurumlar, bütün nəqliyyat infrastrukturu tam hazır vəziyyətə gətirilib və yarışmanın başlamasına hazırdır", - Həsənov deyib. PA rəsmisi Azərbaycan bayrağının üzərində "Eurovision-2012" sözlərinin yazılması məsələsinə də münasibət bildirib. O qeyd edib ki, bu, normal hal deyil. "Satış köşklərində bayrağın belə sözlər yazılmış halda satılması yolverilməzdir. Bu məsələyə Standarlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsi də münasibət bildirib. Konkret desək, bu, cinayət deyil, sadəcə qəbahətdir. Amma gələcəkdə cinayət məsuliyyəti də nəzərdə tutula bilər", - Həsənov vurğulayıb. PA rəsmisinin sözlərinə görə, "Eurovision" mahnı müsabiqəsi ilə bağlı Bakı şəhərinə bu günlərdə 20 minə yaxın qonaq gəlib. Həsənov jurnalistlərin suallarını cavablandırarkən qeyd edib ki, "Eurovision" mahnı müsabiqəsinə Azərbaycan dövlətinin ayırdığı maliyyə vəsaiti şəffaf şəkildə göstərilir. Onun sözlərinə görə, müsabiqəyə 50 milyon manat xərclənilib. "Digər xərclər - "Bakı Kristal Zal"ının tikintisi, yolların, dənizkənarı parkın abadlaşdırılması və sair "Eurovision" üçün deyil, əhalinin rifahının yaxşılaşdırılması üçündür", - o deyib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
08:51 15.08.2025
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:38 15.08.2025
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
06:06 15.08.2025
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
04:01 15.08.2025
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı