Dikdaban ayaqqabı prezidentin xanımını çətin vəziyyətə saldı - VİDEO

DÜNYA
18:00 06.03.2013
3071
Türkiyənin birinci xanımının geyindiyi dikdaban ayaqqabı onu çətin vəziyyətə salıb.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, prezident Abdulla Gül həyat yoldaşı Hayrünnisa Gül ilə İordaniya kralı II Abdulla və həyat yoldaşının rəsmi qarşılanma mərasiminə qatılıb. Mərasimdə birinci xanım geyindiyi nazik və hündür dabanı olan ayaqqabı ilə gəzməkdə çətinlik çəkib. A.Gül isə ona çatmaqda çətinlik çəkən həyat yoldaşını gözləməkdən sıxılıb və ona xəbərdarlıq edib. Hayrünnisa çətin də olsa, prezidentin arxasınca tələsə-tələsə gəlib.

OXŞAR XƏBƏRLƏR