Mehriban Əhmədovanın ölümünə səbəb beyinə qan sızması olub.
Valideyn üçün övlad itkisi dözülməz dərddir. Təəssüflər olsun ki, Azərbaycanın xalq artisti, tanınmış diktor Şərqiyyə Hüseynova da övladının qəfil ölüm xəbəri ilə sarsıldı.
Məlumat verdiyimiz kimi milyonlarla insanın sevgisini qazanmış məşhur teleaparıcımızın qızı ötən gün dünyasını dəyişib.
AZXEBER.COM xəbər verir ki, mərhumə 1971-ci il təvəllüdlü Mehriban Əhmədovanın ölümünə səbəb beyinə qan sızması olub.
Qeyd edək ki, onun 14 yaşlı Ayan adlı bir qız övladı da var.
Oxu.Az dünyadan vaxtsız köçən Mehriban Əhmədovanın fotolarını təqdim edir.
Allah rəhmət eləsin! Ailəsinə və yaxınlarına səbir versin!




