Dövrün tələblərinə cavab verdiklərini deyən "müasir dilənçilər" dünyanın bir çox ölkələrini gəzib diləndiklərini söyləyiblər. Jose Manual Calvo adlı dilənçi, tənbəl olduqlarını, içki içməyi, gəzməyi çox sevdiklərini və bunları etmək üçün pula ehtiyacları olduğunu etiraf edib. Dilənçilər pul yığarkən də müasir qaydalara əməl etdiklərini deyiblər. Onların sözlərinə görə, istəyənlər beynəlxalq pul transferini təmin edən sistemlə hesablarına sədəqə də göndərə bilər.