Dilan Poladın uşağının baxıcısı da saxlanıldı

MARAQLI
16:18 06.12.2023
253
Türkiyədə çirkli pulların yuyulması ilə bağlı iki özbəkistanlı qadın saxlanılıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, çirkli pulların yuyulması və vergidən yayınma ittihamı ilə həbs edilən Dilan Polatın uşaqlarının dayəsi Şaklo Xaydarova də nəzarətə götürülüb.

Şule ilə yanaşı Dilan Polatın həbsindən sonra villasında məskunlaşan Özbəkistandan olan qohumu da saxlanılaraq polisə gətirilib.

Dilan Polatın evində axtarış aparan polis sosial media fenomeninin evində işləyən Şaklo Xaydarova və Nərgiz Xaydarova adlı iki özbək işçisini də saxlayıb.

Aparılan araşdırmalardan sonra Şaklo Xaydarovanın yaşayış icazəsinin müddətinin bitdiyi müəyyən olunub.

Digər özbək işçi Nərgizə Xaydarovanın isə 9 ay əvvəl turist vizası ilə qanunsuz olaraq Türkiyəyə daxil olduğu müəyyən edilib.

Nəzarətə alınan iki şəxsin lazımi prosedurlardan sonra deportasiya olunacağı bildirilib.
Günel

OXŞAR XƏBƏRLƏR