"Dilarə Əliyeva qəbiristanlıqda qayınatasına dedi ki..."

"Dilarə Əliyeva qəbiristanlıqda qayınatasına dedi ki..."
MAQAZİN
23:11 27.03.2023
998
Bir neçə gün əvvəl avtomobil qəzasında dünyasını dəyişən əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin dostları Xəzər televiziyasında yayımlanan "Səhər mərkəzi” verilişində onun ölümündən danışıblar.

AZXEBER.COM xəbər verir ki, xalq artisti Mübariz Tağıyev Oqtay Əliyevin xaraketindən söz açıb: "Çox pozitiv, qaranlıqda işıq axtaran, zarafatlarından qalmayan insan idi. Aramızda söz-söhbətlər də olurdu. Hərdən "Yeni ulduz” layihəsində bir-birimizi başa düşmürdük. Müzakirələr edirdik və axırda razılaşardıq. Oqtay Əliyev "Yeni ulduz” layihəsini yenidən bərpa etmək istəyirdi, başqa formatda…”

"Soy prodakşın"ın bədii rəhbəri Səyavuş Hüseynli isə Oqtay Əliyevin ürək əməliyyatı keçirməsi haqqında yayılan xəbərləri yalanlayıb: "Deyirlər, guya ürək əməliyyatı keçirib. Yalandır. İndi analizlərin cavabını gözləyirlər. Oqtay sükan arxasında huşunu və idarəetməni itirib. Səbəbi bilinmir, infarkt, yoxsa damar tıxanıqlığı olub.

Dilarə və Mehriban Zəki deyir ki, nə qədər çağırsalar da Oqtay cavab verməyib. Sükan arxasında yuxulu da olmayıb. İndi həkimlərdən cavab gözləyirik. Dilarə üçün təsəvvür edə bilmədiyimiz qədər ağırdır. Böyük itkidir. O, nə vaxt özünə gələcək, bilmirəm. Oqtay ailəsinə bağlı adam idi. Anası Elmira xanım deyir ki, Oqtay hər səhər və axşam zəng edib soruşurdu, nə lazımdır”.

Əməkdar artist Ülviyyə Əliyeva isə Dilarə Əliyevadan danışıb: "Dilarə toparlanmağa çalışır. Çox qayğıkeş insandır. Oqtayın valideynlərini və qızlarını düşünür. Oqtay Əliyev dəfn edilən zaman Dilarə qayınatası Vidadi bəyə dedi ki, evdə qızlarıma görə ağlaya bilmirəm. Burada isə siz varsınız. Sizə nəsə olsa, Oqtay məni bağışlamaz”.

Qeyd edək ki, Oqtay Əliyev avtomobil qəzasında dünyasını dəyişib. Qəza zamanı avtomobildə əməkdar artist Dilarə Əliyeva və xalq artisti Mehriban Zəki də olub. Dilarə Əliyeva yüngül xəsarət alıb. Mehriban Zəki isə xəstəxanadadır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Astrologiyanın ən lider 4 BÜRCÜ - Astroloq AÇIQLADI
14:44 20.08.2025
Astrologiyanın ən lider 4 BÜRCÜ - Astroloq AÇIQLADI
Prezident və xanımı Gəncə stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar
14:43 20.08.2025
Prezident və xanımı Gəncə stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar
Kremldən gözlənilən Putin-Zelenski görüşü ilə bağlı AÇIQLAMA
14:36 20.08.2025
Kremldən gözlənilən Putin-Zelenski görüşü ilə bağlı AÇIQLAMA
Roma Papası dindarlara səsləndi: "Bütün münaqişələrin sonlanması üçün dua edin"
14:21 20.08.2025
Roma Papası dindarlara səsləndi: "Bütün münaqişələrin sonlanması üçün dua edin"
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib - 6 vəkilə xəbərdarlıq edildi
14:20 20.08.2025
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib - 6 vəkilə xəbərdarlıq edildi
İlham Əliyev və Mehriban Əliyeva Gəncə şəhərində olublar
14:19 20.08.2025
İlham Əliyev və Mehriban Əliyeva Gəncə şəhərində olublar
İstanbulda 20-ci Qızıl Uğur Mükafatları tədim olundu – Aqil Ələsgər mükafata layiq görüldü
14:17 20.08.2025
İstanbulda 20-ci Qızıl Uğur Mükafatları tədim olundu – Aqil Ələsgər mükafata layiq görüldü
"ABŞ sülh sazişini dəstəkləmək üçün Ukraynaya havadan dəstək verə bilər" - Tramp
14:12 20.08.2025
"ABŞ sülh sazişini dəstəkləmək üçün Ukraynaya havadan dəstək verə bilər" - Tramp
Bu ölkədə 10 il ərzində 12 dəfə yolu bağlayan şəxs həbs edildi
14:05 20.08.2025
Bu ölkədə 10 il ərzində 12 dəfə yolu bağlayan şəxs həbs edildi
Ruhlara toxunan insan: 21 avqust - Rəşad Məcidin doğum günüdür!
13:56 20.08.2025
Ruhlara toxunan insan: 21 avqust - Rəşad Məcidin doğum günüdür!
Təhsilimizdə tənqid və islahat: harada haqlıyıq, harada haqsız?
13:54 20.08.2025
Təhsilimizdə tənqid və islahat: harada haqlıyıq, harada haqsız?
Azərbaycan hindistanlı kriminal avtoriteti ölkəsinə ekstradisiya edəcək
13:52 20.08.2025
Azərbaycan hindistanlı kriminal avtoriteti ölkəsinə ekstradisiya edəcək
Keyfiyyətsiz dolğu və botoksun insana hansı zərərləri var?  - Kosmetoloq açıqladı
13:50 20.08.2025
Keyfiyyətsiz dolğu və botoksun insana hansı zərərləri var? - Kosmetoloq açıqladı
İranın müdafiə naziri: İsrail müharibəsindən sonra yeni raketlər istehsal etdik
13:27 20.08.2025
İranın müdafiə naziri: İsrail müharibəsindən sonra yeni raketlər istehsal etdik
Məşhur müğənni "Qarabağ"ı dəstəkləmək üçün Budapeştə getdi - FOTOLAR
13:17 20.08.2025
Məşhur müğənni "Qarabağ"ı dəstəkləmək üçün Budapeştə getdi - FOTOLAR
Sabah yağış yağacaq, şimşək çaxacaq
13:09 20.08.2025
Sabah yağış yağacaq, şimşək çaxacaq