Avroviziya təmsilçimiz Dilarə Kazımova və bəstəkar-müğənni Fidan Aliva növbəti duet layihələrini təqdim ediblər.
AZXEBER.COM xəbər verir ki, onlar bu dəfə "Yaz darıxanda” adlı mahnını ifa edib.
Bəstənin söz və musiqisi Fidan Alivaya aiddir və əsər keçmiş sevgililərə həsr olunub.
"Yaz darıxanda” artıq YouTube kanalında və bütün əsas rəqəmsal musiqi platformalarında dinlənilə bilər.










































