Lüğətdən istifadə layihənin saytına daxil olmaqla mümkündür
AZXEBER.COM-un məlumatına görə, fevralın əvvəlində Dilmanc layihəsi çərçivəsində yeni onlayn lüğətin rus-Azərbaycan versiyası təqdim edilmişdi. Layihə müəllifləri bu gün onlayn lüğətin ingilis-Azərbaycan versiyasının istifadəyə verildiyini elan ediblər. Bu versiyada da rus-Azərbaycan versiyasına analoji olaraq, təkcə söz köklərini deyil, həmçinin istənilən söz-formanı tərcümə etmək mümkündür. Bundan əlavə, lüğətdə istənilən sözün müxtəlif tərcümə variantlarına uyğun nümunə cümlələrə baxmaq imkanı da var.