Qondarma “məhkəmə prosesi” başa çatıb.
Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində Kəlbəcər rayonunda girov götürülmüş iki azərbaycanlı – Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində işğalçıların keçirdikləri qondarma “məhkəmə prosesi” başa çatıb.
AZXEBER.COM Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu gün “hakim” Anatoli Tadevosyan hökm oxuyub.
“Məhkəmənin” qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 illik həbs cəzasına layiq görülüb.
Qeyd edək ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər.