DİM abituriyentlərə ÇAĞIRIŞ ETDİ

DİM abituriyentlərə ÇAĞIRIŞ ETDİ
SOSİAL
16:42 09.08.2024
183
Son günlər kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkələrdə ali təhsil müəssisələrinə ixtisas seçiminin həyata keçirilməsi ilə bağlı ödənişli avtomatik proqram təminatı vasitələrinin təqdimatı halları müşahidə olunur.

AZXEBER.COM xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında bildirilib.

Vurğulanıb ki, həmin proqramların populyarlaşdırılması və abituriyentlərin daha çox diqqətinin cəlb edilməsi məqsədilə işləmə mexanizmlərində Dövlət İmtahan Mərkəzinin "Abituriyent” jurnalının müxtəlif nömrələrində dərc olunan məlumatlarından (keçid balları, ixtisaslar və s.) istifadə olunması qeyd olunur.

"İxtisas seçimi edəcək abituriyentlərin nəzərinə çatıdırırıq ki, Dövlət İmtahan Mərkəzi ixtisas seçimi ilə bağlı kommersiya fəaliyyəti göstərən heç bir şirkətlə əməkdaşlıq etmir və onların hər hansı bir məhsulunda təqdim olunan bu tip məlumatların etibarlılığına təminat vermir.

Burada həmçinin istifadəçilərin müəyyən fərdi məlumatları (topladığı bal, iş nömrəsi, telefon nömrəsi, ad, soyad və s.) toplanılır. Abituriyentlər və onların valideynləri diqqətli olmalıdırlar. Abituriyentlər DİM-in xidmətlərindən istifadə zamanı onlara təqdim olunan iş nömrəsi, həmçinin "Şəxsi kabinet”ə aid ola biləcək məlumatların məxfiliyinin qorunub saxlanılmasına birbaşa məsuliyyət daşıyırlar. Ona görə də abituriyentlər öz şəxsi məlumatlarının hər hansı bir platformada istifadəsi zamanı ayıq-sayıq olmalıdırlar.

İxtisas seçimi Mərkəzin rəsmi saytı vasitəsilə elektron qaydada aparılır və texniki cəhətdən bu prosesi həyata keçirmək çox sadədir. Proqram təminatı elə qurulub ki, sizin səhv etmək ehtimalınız yoxdur və ərizəni yadda saxla düyməsini basdıqda səhv və onun mahiyyəti barədə xəbərdarlıq edilir.

DİM tərəfindən abituriyentlərə kömək etmək məqsədilə ixtisas qrupları üzrə "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” adlı vəsaitlər də nəşr edilib. Bu kitabçalarda müsabiqə şərtləri, ixtisas qrupları üzrə plan yerləri, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanması və s. məlumatlar öz əksini tapıb. "Abituriyent” jurnalının 4 saylı buraxılışında "Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, qəbul aparılan ixtisaslar, plan yerləri dərc olunub.

Siz, həmçinin hər hansı bir çətinliyiniz olduqda, Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Avrasiya, Memarlıq və İnşaat, Texniki Universitet, Bakı Mühəndislik Universitetlərində, Azərbaycan Dövlət Aqrar Universitetində, Sumqayıt Dövlət Universitetində yerləşən "Abituriyent Məsləhət Mərkəzləri”ə müraciət edə bilərsiniz. "Məsləhət mərkəzləri”ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz kömək göstərirlər.

Bir daha abituriyentləri və onların valideynlərini diqqətli olmağı, yalnız Dövlət İmtahan Mərkəzinin rəsmi məlumatlarına, çağırış və tövsiyələrinə əməl etməyi məsləhət görürük" - məlumatda qeyd edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda əhalinin gəlirləri 7%-dən çox artıb
16:40 15.08.2025
Azərbaycanda əhalinin gəlirləri 7%-dən çox artıb
Bu çağırışçılara möhlət verilir - Ailə vəziyyətinə görə
16:36 15.08.2025
Bu çağırışçılara möhlət verilir - Ailə vəziyyətinə görə
Azərbaycanda abortların sayı kəskin sürətdə artır – Bunun qarşısını necə alaq?
16:27 15.08.2025
Azərbaycanda abortların sayı kəskin sürətdə artır – Bunun qarşısını necə alaq?
Maaş kartını "Bank of Baku"ya gətir, üstünlüklər əldə et!
16:22 15.08.2025
Maaş kartını "Bank of Baku"ya gətir, üstünlüklər əldə et!
“Polis rəislərinə birbaşa müraciət vətəndaşın səsini qərarverici şəxsə çatdıracaq” - Şura sədri
16:20 15.08.2025
“Polis rəislərinə birbaşa müraciət vətəndaşın səsini qərarverici şəxsə çatdıracaq” - Şura sədri
Bu şəxslər hərbi çağırışdan azad edilir
15:56 15.08.2025
Bu şəxslər hərbi çağırışdan azad edilir
Azərbaycanda boşananların sayı azalıb
15:48 15.08.2025
Azərbaycanda boşananların sayı azalıb
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
15:47 15.08.2025
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
15:20 15.08.2025
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
15:05 15.08.2025
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
Azərbaycan əhalisinin sayı açıqlandı
14:58 15.08.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
14:56 15.08.2025
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
14:05 15.08.2025
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA