DİM Azərbaycan dili fənni üzrə ikinci cəhd test imtahanı keçirəcək

DİM Azərbaycan dili fənni üzrə ikinci cəhd test imtahanı keçirəcək
SOSİAL
09:53 29.06.2025
660
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 4-də keçirilmiş Azərbaycan dili imtahanında iştirak etməyən və ya iştirak edib "qeyri-məqbul” qiymət alan cari və əvvəlki illərin abituriyentləri, eləcə də buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə mayın 4-də imtahanda iştirak etməyən cari ilin məzunları üçün Azərbaycan dili fənni üzrə test imtahanı (ikinci cəhd) keçirəcək.

DİM-dən AZXEBER.COM-a bildirilib ki, imtahan Bakı və Naxçıvan şəhərlərində 7 binada təşkil olunacaq və saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmaycaqlar. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İştirakçılar imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- imtahana buraxılış vərəqəsi;

- şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- şəxsiyyət vəsiqəsində şəkli olmayanlar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Test imtahanında 30 tapşırıq təqdim olunacaq:

- dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 tapşırıq (3 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq);

- dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq;

- oxuyub-anlamaya dair 2 mətn və hər mətnə aid 8 tapşırıq (7 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq).

İmtahanın müddəti 1 saat 30 dəqiqədir.

İmtahanın idarə olunması üçün 7 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 128 nəzarətçi ayrılıb, 20 buraxılış rejimi əməkdaşı (mühafizə), 7 bina nümayəndəsi ayrılıb.

Bugünkü imtahanda 6 nəfər sağlamlıq imkanları məhdud şagird (abituriyent) də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda 31 yaşlı kişi bıçaqlandı
08:36 30.10.2026
Bakıda 31 yaşlı kişi bıçaqlandı
Rusiya XİN onları ABŞ-ın Ukrayna üzrə danışıqlarına mane olmaqda ittiham edib
08:33 30.10.2026
Rusiya XİN onları ABŞ-ın Ukrayna üzrə danışıqlarına mane olmaqda ittiham edib
Bu ölkənin 30-dək şəhərində nümayiş və aksiyalar gözlənilir
08:23 30.10.2026
Bu ölkənin 30-dək şəhərində nümayiş və aksiyalar gözlənilir
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
08:19 30.10.2026
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İki helikopter toqquşub, ölənlər var
08:12 30.10.2026
İki helikopter toqquşub, ölənlər var
Bakı və Abşeronun bir sıra ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq
08:03 30.10.2026
Bakı və Abşeronun bir sıra ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq
ABŞ-nin vitse-prezidenti məxfi UNO materiallarını öyrənmək niyyətindədir
08:00 30.10.2026
ABŞ-nin vitse-prezidenti məxfi UNO materiallarını öyrənmək niyyətindədir
ABŞ generalı Ukrayna və İranla bağlı məxfi məlumatları sızdırdığını etiraf edib
07:58 30.10.2026
ABŞ generalı Ukrayna və İranla bağlı məxfi məlumatları sızdırdığını etiraf edib
İranın cənub-şərqində, Hörmüz boğazı yaxınlığında partlayışlar baş verib
07:56 30.10.2026
İranın cənub-şərqində, Hörmüz boğazı yaxınlığında partlayışlar baş verib
İstanbuldan Moskvaya uçan dörd sərnişin təyyarəsi geri qaytarılıb
07:50 30.10.2026
İstanbuldan Moskvaya uçan dörd sərnişin təyyarəsi geri qaytarılıb
İsraildə parlament seçkilərində Netanyahunun "Likud" Partiyası qalib gəlib
07:40 30.10.2026
İsraildə parlament seçkilərində Netanyahunun "Likud" Partiyası qalib gəlib
ABŞ İsrailə 10 hərbi nəqliyyat təyyarəsi göndərdi - Böyük müharibə hazırlığıdır?
07:33 30.10.2026
ABŞ İsrailə 10 hərbi nəqliyyat təyyarəsi göndərdi - Böyük müharibə hazırlığıdır?
Altı yaşlı uşaq lotereyada bahalı avtomobil qazandı
07:23 30.10.2026
Altı yaşlı uşaq lotereyada bahalı avtomobil qazandı
Moskvanın bu hava limanları fəaliyyətini dayandırdı
07:20 30.10.2026
Moskvanın bu hava limanları fəaliyyətini dayandırdı
Rusiya Kiyevə ballistik raketlə zərbə endirib, ölən var
07:17 30.10.2026
Rusiya Kiyevə ballistik raketlə zərbə endirib, ölən var
KİV: Pentaqon rəhbəri baş hərbi planlaşdırıcını vəzifəsindən azad edib
07:08 30.10.2026
KİV: Pentaqon rəhbəri baş hərbi planlaşdırıcını vəzifəsindən azad edib