DİN 6 aylıq hesabat verdi

DİN 6 aylıq hesabat verdi
Bütün Xəbərlər
10:25 01.08.2012
1225
Daxili işlər nazirinin müavini Vilayət Eyvazov Daxili İşlər Nazirliyində bu ilin 6 ayının nəticələrinə həsr olunmuş kollegiya iclasında çıxışında deyib. Nazirliyin mətbuat xidmətindən daxil olan məlumatda bildirilir ki, qəsdən adam öldürmə və ona cəhdlər 3,8, odlu silahın tətbiqi ilə törədilənlər 15,9, quldurluqlar 33,3, soyğunçuluqlar 3,5, oğurluqlar 18,4, cibgirliklər 28, yol-nəqliyyat hadisələri 6,3 faiz azalıb. Həmçinin, yetkinlik yaşına çatmayanların hüquqazidd əməlləri 7,2 faiz, qrup halında baş verən cinayətlər 5,8 faiz, o cümlədən əvvəllər məhkum olunmuşlardan ibarət qrupların törətdiyi cinayətlər 25,3 faiz az olub. Nazir müavini vurğulayıb ki, bütün uçot subyektləri üzrə 11.953 cinayət qeydə alınıb və onların 95 faizi (11.343-ü) daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub. Təsnifatına görə həmin cinayətlərin 89 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 11 faizini ağır və xüsusilə ağır növlər təşkil edib. Cinayətlərin açılması 3,8 faiz yaxşılaşaraq 87,2 faizə yüksəlib, açılmış cinayətlərin sayı 10 faiz və ya 861 fakt çox olub. Bununla yanaşı, ağır və xüsusilə ağır cinayətlərin açılması 7,5 faiz, qəsdən adam öldürmələrin açılması 8,9 faiz, hədə-qorxu ilə tələb etmələrin açılması 12,5 faiz, quldurluqların açılması 4,9 faiz, soyğunçuluqların açılması 8,1 faiz, oğurluqların, o cümlədən cibgirliklərin açılması, müvafiq olaraq, 10,2 və 14,3 faiz, bütövlükdə, mülkiyyət əleyhinə cinayətlərin açılması 10,5 faiz yaxşılaşıb. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 212, habelə əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində "isti izlərlə" 487, elmi-texniki vasitələrlə 1796 cinayət açılıb. Vətəndaşlar 2000-dən çox cinayətin açılmasında yaxından iştirak ediblər. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 1030 nəfəri birləşdirən 396 cinayətkar qrup, eləcə də 49 nəfərdən ibarət 9 mütəşəkkil dəstə zərərsizləşdirilib, qanunsuz odlu silah saxladığına və daşıdığına görə 55 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Təqsirləndirilən şəxslərin axtarışında da müsbət təmayül qeydə alınıb və bu işin göstəricisi 2,8 faiz yaxşılaşaraq hesabat dövründə 51,2 faiz təşkil edib. Yerli, dövlətlərarası və beynəlxalq axtarışda olan 1053, o cümlədən MDB və digər xarici ölkələrdə gizlənmiş 47 təqsirləndirilən şəxs tutulub, İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən 48 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 23 şəxsin yeri müəyyənləşdirilib. Hesabat dövründə qanunsuz dövriyyədən 317 kiloqramdan çox narkotik vasitə çıxarılıb, 63 nəfərdən ibarət 26 cinayətkar qrup və dəstə zərərsizləşdirilib, 27 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb. "Xaş-xaş" əməliyyat-profilaktik tədbirləri çərçivəsində ümumi çəkisi 236 tona yaxın narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilib. İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı əsasında həyata keçirilən tədbirlərlə 65 fakt aşkarlanıb, 10 nəfərdən ibarət 4 cinayətkar qrup zərərsizləşdirilib. Bu növ hüquqazidd əməllərin qurbanı olan 35 şəxs müəyyən olunaraq cəmiyyətə reinteqrasiyası təmin edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
05:19 05.04.2026
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
03:38 05.04.2026
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
02:52 05.04.2026
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
01:04 05.04.2026
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
00:23 05.04.2026
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
Avstraliyada güclü zəlzələ oldu
23:43 04.04.2026
Avstraliyada güclü zəlzələ oldu
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
23:39 04.04.2026
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
23:30 04.04.2026
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
23:16 04.04.2026
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
22:58 04.04.2026
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
22:38 04.04.2026
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
22:27 04.04.2026
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
22:15 04.04.2026
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
21:54 04.04.2026
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
21:36 04.04.2026
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
21:32 04.04.2026
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib