DİN 9 yaşlı uşağın qəzada həlak olması ilə bağlı araşdırmalara başladı

DİN 9 yaşlı uşağın qəzada həlak olması ilə bağlı araşdırmalara başladı
SOSİAL
11:02 23.04.2023
304
Ucarda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.

Bu barədə AZXEBER.COM-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd edək ki, bu gün saat 06:59 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən 216-cı kilometrliyində, Nəsibova Səidə Nazim qızının ​ idarə etdiyi "Mercedes” markalı, 90-TE-763 dövlət qeydiyyat nişanlı avtomobil Qazax rayonu​ istiqamətində hərəkətdə olarkən sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.

Nəticədə, sürücünün bacısı qızı, 2014-cü il təvəllüdlü Aynişan Abdullayeva hadisə yerində həyatını itirib.
OXŞAR XƏBƏRLƏR