DİN Asif Yusiflinin həbsi ilə bağlı məlumat yaydı

DİN Asif Yusiflinin həbsi ilə bağlı məlumat yaydı
Bütün Xəbərlər
13:42 27.11.2014
974
7700 manat pulu...
Daxili İşlər Nazirliyi AXCP Rəyasət Heyətinin üzvü Asif Yusiflinin həbsi ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumatda bildirilir ki, vətəndaş Fəridə Zülfüqarovanın 7700 manat pulunun dələduzluq yolu ilə ələ 
keçirilməsi faktı üzrə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində başlanmış cinayət işi üzrə istintaqdan yayınan Bakı şəhər sakini Asif Yusifov saxlanılıb.
O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə məhkəmə tərəfindən barəsində həbs-qətimkan tədbiri seçilib.
OXŞAR XƏBƏRLƏR