DİN avtobus qəzası ilə bağlı məlumat yaydı

DİN avtobus qəzası ilə bağlı məlumat yaydı
Bütün Xəbərlər
14:22 14.06.2013
1294

İyunun 13-də saat 11.20 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini Seymur Həşimovun idarə etdiyi "Dodge-Duranqo" markalı avtomaşınla Sumqayıt şəhər sakini Böyükağa Tahirovun 205 saylı xətt üzrə idarə etdiyi "İsuzu" markalı sərnişin avtobusu toqquşub.

AZXEBER.COM DİN-in saytına istinadən xəbər verir ki, nəticədə S. Həşimov hadisə yerində ölüb, xəsarət alan sərnişini, həmyerlisi Qurban Nurəliyev, habelə B. Tahirov və sərnişinləri - Bakı şəhər sakinləri Səyyarə Səfərova, Reyhan Səlimova, Sevinc Ələkbərova, Zaur Allahverdiyev, Xanım Hüseynzadə, Lerik rayon sakini Vasif Vəliyev və Sabirabad rayon sakini Adil Hüseynov xəstəxanaya yerləşdiriliblər.

Səbail RPİ tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR