DİN Bakıda fahişə alverinin qarşısını belə aldı - VİDEO

DİN Bakıda fahişə alverinin qarşısını belə aldı - VİDEO
Bütün Xəbərlər
14:50 21.08.2014
6652

Ötən gün Bakının 4-cü mikrorayon dairəsi adlanan ərazisində gecələr fahişə alverinin getməsi ilə bağlı məlumat dərc etmişdik.

AZXEBER.COM məsələ ilə bağlı xəbər yayımlayandan sonra Daxili İşlər Nazirliyinin əməkdaşları ərazini nəzarətə götürüblər. Portalımıza məlumat verən sakinlər, polislərin fahişələri saxladığını deyiblər.

Polislərin keçirdiyi əməliyyatla bağlı sakinlər AZXEBER.COM-un redaksiyasına video da göndəriblər.

Xatırladaq ki, məsələ ilə bağlı bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəsi müavini Ehsan Zahidovla da əlaqə saxlamışdıq. DİN rəsmisi məsələ ilə bağlı məlumatlı olmadığını bildirmişdi. O, müəyyən şikayətdən sonra məsələnin araşdırıla biləcəyini qeyd etmişdi: “Əgər kimsə avtomobilini saxlayıb, hansısa qadınla söhbət edirsə burada polis heç nə edə bilməz. Onların fahişə olub olmamasını polisin müəyyən etməsi mümkün deyil. Əgər kiminsə həmin ərazidə insan alverinin olması ilə bağlı şikayəti varsa “102” qaynar xəttinə müraciət edə bilər. Bundan sonra biz məsələni araşdırarıq. Əgər sakinlərin də bununla bağlı şikayəti varsa, onlar da müraciət edə bilərlər”.

OXŞAR XƏBƏRLƏR