Daxili İşlər Nazirliyi avqustun 23-də Bakıda iki sərnişin avtobusunun toqquşması ilə bağlı məlumat yayıb.AZXEBER.COM-un nazirliyin saytına istinadən verdiyi məlumata görə, avqustun 23-də saat 10.00 radələrində Binəqədi rayonu ərazisində, Bakı şəhər sakini Zahid Əliyevin idarə etdiyi “Otoyol” markalı və Şamaxı rayon sakini Rahim Gülalıyevin idarə etdiyi “Otoyol” markalı şəhərdaxili sərnişin avtobusları toqquşub.