DİN-də Kollegiya iclası: Vilayət Eyvazov nöqsanların aradan qaldırılması üçün tapşırıqlar verdi

DİN-də Kollegiya iclası: Vilayət Eyvazov nöqsanların aradan qaldırılması üçün tapşırıqlar verdi
SİYASƏT
18:57 16.09.2019
5666

Sentyabrın 16-da Daxili İşlər Nazirliyində "Mülkiyyət əleyhinə olan cinayətlərin və qeyri-aşkar şəraitdə baş vermiş xırda talamaların qarşısının alınması və açılması”nın, həmçinin "Polis sahə rəisləri və inspektorları tərəfindən inzibati qanunvericiliyin tətbiqi sahəsində görülmüş işlər”in vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, nazir general-polkovnik Vilayət Eyvazov müzakirəyə çıxarılan məsələlərin aktuallığını, daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm istiqamətləri əhatə etdiyini bildirib.

O, müvafiq sahələrdə əməliyyat-xidməti fəaliyyətin məqsədyönlü təşkilinin insan hüquq və azadlıqlarının, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin etibarlı qorunması, bütövlükdə vətəndaş məmnunluğunun təmin edilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

 

Gündəlikdəki məsələlərlə bağlı Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Arzu Daşdəmirov və Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov məruzə ilə çıxış edərək əldə edilmiş nəticələrdən, xidməti fəaliyyətdə yol verilmiş nöqsanlardan və onların aradan qaldırılması üçün görüləcək işlərdən danışıblar.

Məruzələr ətrafında ayrı-ayrı şəhər, rayon polis orqanlarının rəisləri çıxış edib.

İclasa yekun vuran nazir V.Eyvazov cari ilin 8 ayında asayişin və ictimai təhlükəsizliyin təmini ilə bağlı qarşıya qoyulmuş vəzifələrin bütövlükdə layiqincə yerinə yetirildiyini, cinayətkarlıqla mübarizədə, insan hüquq və azadlıqlarının qorunmasında əldə olunmuş müsbət nəticələrin hesabat dövründə də qorunub-saxlanıldığını diqqətə çatdırıb.

O, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə qəsdən adam öldürmələrin 13.8, adam öldürməyə cəhdlərin 18.5, qəsdən sağlamlığa ağır zərərvurmaların 1.8, odlu silahın tətbiqi ilə törədilən cinayətlərin 7.5, mülkiyyət əleyhinə olan cinayətlərin 12.2, o cümlədən, quldurluqların 7, hədə-qorxu ilə tələb etmələrin 19, dələduzluqların 27 faiz azaldığını, habelə, cinayətlərin açılmasının yüksək olduğunu qeyd edib.

Daxili İşlər naziri gündəlikdəki məsələlər üzrə görülən işlərin ümumən qənaətbəxş olduğunu, eyni zamanda, bəzi ərazi orqanlarında müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu diqqətə çatdıraraq onların aradan qaldırılması üçün adekvat tədbirlərin görülməsini tələb edib.

İlk növbədə cari ilin ötən dövründə bir tona yaxın narkotik vasitənin qanunsuz dövriyyədən çıxarıldığını bildirən nazir, bu sahədə fəaliyyətin nəticələrinin tam qənaətbəxş olmadığını, antinarkotik təbliğatın gənclər arasında, təhsil müəssisələrində, kütləvi informasiya vasitələrində  və sosial şəbəkələrdə gücləndirilməsinin vacibliyi, xüsusən cinayətkar qruplaşmaların yeni metodlardan - internet informasiya resurslarından istifadə etməklə narkotiklərin satışını həyata keçirmək cəhdlərinin qarşısının alınması üzrə icrası zəruri olan tədbirlər barədə konkret tapşırıqlar verib.

Ölkə Prezidentinin qarşıya qoyduğu əsas vəzifələrdən birinin də vətəndaş məmnunluğunun təmin edilməsi olduğunu xatırladan nazir bütün müraciətlərə operativ baxılıb qanuni qərarların qəbul edilməsinin, cinayətlər nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanın istintaq və təhqiqat prosesində ödətdirilməsinin, polisin səlahiyyətinə aid məsələlərlə əlaqədar göstərilən xidmətlərin nümunəvi təmin edilməsinin hər bir orqan rəisinin gündəlik nəzarətində saxlanılmasının vacibliyini nəzərə çatdırıb.

General-polkovnik Vilayət Eyvazov əmin olduğunu bildirib ki, daxili işlər orqanlarının şəxsi  heyəti qanunvericilikdə nəzərdə tutulan məsul vəzifələrin və qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən layiqincə gələcək, ölkədə sabitliyin və əmin-amanlığın, dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün bundan sonra da qüvvə və bacarığını əsirgəməyəcək, daha böyük əzmlə çalışacaqdır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
UEFA Çempionlar Liqası: "Sabah" - "Slaviya" oyunu başlayıb - Canlı
21:39 13.10.2026
UEFA Çempionlar Liqası: "Sabah" - "Slaviya" oyunu başlayıb - Canlı
Tramp: Ərdoğan dostumdur, ondan Husilərə qarşı əməliyyatlara qoşulmasını istəyə bilərəm
21:30 13.10.2026
Tramp: Ərdoğan dostumdur, ondan Husilərə qarşı əməliyyatlara qoşulmasını istəyə bilərəm
Elmir Mirzəyevdən hicab mübahisəsinə sərt reaksiya: “Uşaqları ideologiyaya girov etmək cinayətdir”
21:22 13.10.2026
Elmir Mirzəyevdən hicab mübahisəsinə sərt reaksiya: “Uşaqları ideologiyaya girov etmək cinayətdir”
Türkiyədə narkotik əməliyyatı - 31 nəfər saxlanıldı
21:19 13.10.2026
Türkiyədə narkotik əməliyyatı - 31 nəfər saxlanıldı
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
21:14 13.10.2026
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
Ukrayna ilə bağlı suala belə cavab verdi
21:08 13.10.2026
Ukrayna ilə bağlı suala belə cavab verdi
Türkiyə və İranın xarici işlər nazirləri regional gərginliyi müzakirə ediblər
21:02 13.10.2026
Türkiyə və İranın xarici işlər nazirləri regional gərginliyi müzakirə ediblər
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb
20:45 13.10.2026
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb
AİB-in direktoru Naxçıvanın TRIPP layihəsi çərçivəsində nəqliyyat imkanlarını müzakirə edib
20:40 13.10.2026
AİB-in direktoru Naxçıvanın TRIPP layihəsi çərçivəsində nəqliyyat imkanlarını müzakirə edib
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - FOTO
20:34 13.10.2026
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - FOTO
Rusiyada yapon jurnalist casusluqda şübhəli bilinərək saxlanıldı
20:30 13.10.2026
Rusiyada yapon jurnalist casusluqda şübhəli bilinərək saxlanıldı
Azərbaycanın qadın güləşi üzrə millisinin üzvləri Qazaxıstana yollanıblar
20:25 13.10.2026
Azərbaycanın qadın güləşi üzrə millisinin üzvləri Qazaxıstana yollanıblar
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib
20:20 13.10.2026
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib
Tom Berendsen oktyabrın 26-da Azərbaycana rəsmi səfər edəcək
20:15 13.10.2026
Tom Berendsen oktyabrın 26-da Azərbaycana rəsmi səfər edəcək
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
20:10 13.10.2026
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
Azərbaycan və Laos parlamentlərinin əməkdaşlığı müzakirə edilib
20:02 13.10.2026
Azərbaycan və Laos parlamentlərinin əməkdaşlığı müzakirə edilib