DİN-də seçim turundan keçənlərdən 75 nəfəri Vətən Müharibəsi iştirakçılarıdır

DİN-də seçim turundan keçənlərdən 75 nəfəri Vətən Müharibəsi iştirakçılarıdır
SOSİAL
20:50 03.11.2021
248
Noyabrın 3-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirilib.

AZXEBER.COM xəbər verir ki, daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşən sıra baxışında əvvəlcədən verilmiş elana uyğun olaraq, Nazirliyə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 237 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 75 nəfəri torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən Vətən Müharibəsinin iştirakçıları olub.
 
General-polkovnik V.Eyvazov xidmətə qəbul ediləcək gənclərə polis adını və şərəfini daim uca tutmalarını, müasir informasiya texnologiyalarının sirlərinə yiyələnmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını, onlarla ünsiyyətdə, rəftarda hər zaman yüksək mədəniyyət və təmkinlik nümayiş etdirmələrini, ədalətli, obyektiv və dürüst olmalarını, fəaliyyətlərində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını tövsiyə edib.
OXŞAR XƏBƏRLƏR