Daxili İşlər Nazirliyi otaq yoldaşını öldürən 16 yaşlı qızla bağlı məlumat yayıb.
AZXEBER.COM DİN-in saytına istinadən xəbər verir ki, noyabrın 27-də Xəzər rayonunun Albalılıq yaşayış sahəsindən Bakı şəhər sakini Şəms Nəhmədova kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Zaqatala rayon sakini Aydan Xəlilova tutulub.