Həmin ayı kəndin ərazisində 2 baş inəyi də parçalayaraq meşəyə qaçıb.
Daxili İşlər Nazirliyi (DİN) Şamaxı rayonunda ayının sakinlərə xəsarət yetirməsi ilə bağlı məlumat yayıb. AZXEBER.COM-un nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iyunun 23-də Şamaxı rayonunun Qaladərəsi kəndindən kənd sakinləri Fəridə Nuriyeva və Sahib Allahverdiyev bədənlərinin müxtəlif yerlərindən ayı dişləmiş halda xəstəxanaya gətiriliblər. Sonradan həmin ayı kəndin ərazisində 2 baş inəyi də parçalayıb meşəyə qaçıb.