Avqustun 14-də Elmira Dadaşovanı qətlə yetirmiş Əlaqif Abbasovun daha bir cinayət əməlinin üstü açılıb.
AZXEBER.COM DİN-in saytına istinadən xəbər verir ki, Əlaqif Abbasovun “Bərəkət-98” firmasının ofisindən oğurluq etməsi müəyyən edilib. O, avqust ayının 9-da Binəqədi rayonu Xocəsən qəsəbəsinin ərazisində Vaqif Qarayevə məxsus “Bərəkət-98” firmasının ofisindən içərisndə 100 manat pul və möhür olan seyfi də oğurlayıb.