Abşeron RPŞ, Karantin Tədbirlərini Təmin Edən Əlahiddə Polis Taboru və Dövlət Baytarlıq Xidməti əməkdaşları tərəfindən iyulun 1-də Aşağı Güzdək qəsəbə sakini Natiq Əhmədovun evinə baxış keçirilib.
AZXEBER.COM-un DİN-in saytına istinadən xəbər verir ki, baxış zamanı N. Əhmədovun evindən 500 kiloqram mənşəyi bilinməyən ət aşkar edilərək götürülüb.