DİN-dən işdən qovulan polislə bağlı - Açıqlama

DİN-dən işdən qovulan polislə bağlı - Açıqlama
Bütün Xəbərlər
15:50 18.09.2014
2771
“İsmayıllı işi”nin iştirakçılarına qarşı ifadə verməkdən imtina etdiyi üçün polis əməkdaşı Fərəc Əzizovun işdən qovulması ilə bağlı məlumat yayılıb.
AZXEBER.COM xəbər verir ki, məlumat Turan informasiya agentliyində yer alıb. Məlumatda bildirilir ki, sentyabrın 17-də Şəki Apelyasiya Məhkəməsində İsmayıllı iğtişaşları işi üzrə prosesdə İsmayıllı polisinin keçmiş əməkdaşı Fərəc Əzizov ifadə verib. Fərəc Əzizov təqsirləndirilənlərdən hər-hansı birinin qanunsuz əməl törətdiyini təsdiq etməyib.
Qeyd edək ki, Fərəc Əzizov daha sonra bu səbəbə görə işdən qovulduğunu bildirib.
DİN Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov məsələ ilə bağlı “Qafqazinfo”nun sorğusuna cavab olaraq həmin polis əməkdaşının işdən çıxarılmasını təsdiqləyib: “Bu gün bəzi Kütləvi İnformasiya vasitələrində Şəki Apellasiya Məhkəməsində keçirilən proses barədə xəbər dərc olunub. Prosesdə şahid qismində iştirak edən sabiq polis nəfəri Fərəc Əzizovun guya uydurma bəhanə ilə işdən qovulduğu xəbərdə iddia edilir. Tamamilə əsassız və qərəzli olan bu iddia ilə bağlı deməliyəm ki, ümumiyyətlə, indiki zamanda dövlət qurumlarından, o cümlədən daxili işlər orqanlarından heç bir əməkdaş “uydurma bəhanə” ilə işindən kənarlaşdırılmır. Orqandan xaric olunmanın konkret səbəbləri olur və buna uyğun olaraq qanuna müvafiq də qərar qəbul olunur. Məlumatda adı keçən İsmayıllı Rayon Polis Şöbəsinin sabiq əməkdaşı Fərəc Əzizovun da DİO-dan xaric edilməsinin əsaslı və konkret səbəbləri olub. Belə ki, o, rayondakı ayrı-ayrı şəxslərə məxsus torpaq sahələrinin satılmasında vasitəçilik etdiyinə, xidməti vəzifəsinə laqeyd və məsuliyyətsiz yanaşdığına, bununla da polis əməkdaşı adına və nüfuzuna xələl gətirən hərəkətlərə yol verdiyinə görə daxili işlər orqanlarından xaric edilib. Belə bir sıravi polis nəfərinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “DİO-da Xidmətkeçmə haqqında” Əsasnməyə uyğun işdən kənarlaşdırılmasını əsassız və qərəzli olaraq siyasiləşdirmək, ona siyasi çalar vermək, ən azından məsuliyyətsizlik və qeyri-peşəkarlıqdır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İslamabad və Dəkkə ikitərəfli münasibətləri inkişaf etdirəcəklər
13:53 23.08.2025
İslamabad və Dəkkə ikitərəfli münasibətləri inkişaf etdirəcəklər
Zelenski: Ukrayna öz torpaqlarından imtina etməyəcək
13:42 23.08.2025
Zelenski: Ukrayna öz torpaqlarından imtina etməyəcək
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
13:30 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Bazar günü 38 dərəcə isti olacaq
13:14 23.08.2025
Bazar günü 38 dərəcə isti olacaq
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
12:54 23.08.2025
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
Nadir Qafarzadənin evində toy olacaq
12:47 23.08.2025
Nadir Qafarzadənin evində toy olacaq
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
12:36 23.08.2025
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
12:26 23.08.2025
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
İran bir neçə ölkədə silah zavodları tikdi
12:11 23.08.2025
İran bir neçə ölkədə silah zavodları tikdi
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
11:59 23.08.2025
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
11:38 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
11:34 23.08.2025
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
11:31 23.08.2025
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
11:22 23.08.2025
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
11:20 23.08.2025
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
11:14 23.08.2025
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb