Bakıda ağır yol qəzası baş verib.
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qəza sentyabrın 27-də saat 18:00 radələrində Xəzər rayonunun Türkan qəsəbəsində qeydə alınıb.
Belə ki, Qəbələ rayon sakini Əhliman Süleymanovun idarə etdiyi “Hovo” və Bakı şəhər sakini Pərvin Fətullayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. P.Fətullayev və 2 sərnişini xəstəxanaya yerləşdirilib. Sərnişinlərdən Sənan Mirzəyev orada ölüb.
Qeyd edək ki, qəzada dünyasını dəyişən S.Mirzəyev “MCDonalds”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğludur.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.