DİN-dən “Sahil” bağında törədilmiş qanlı hadisə ilə bağlı – AÇIQLAMA

DİN-dən “Sahil” bağında törədilmiş qanlı hadisə ilə bağlı – AÇIQLAMA
Bütün Xəbərlər
13:40 07.01.2015
1788
Bakının “Sahil” bağında naməlum şəxs bıçaqla bir nəfəri öldürüb və digərinə isə xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZXEBER.COM -a verilən məlumata görə, yanvarın 6-da Səbail rayonunda yerləşən Sahil bağında naməlum şəxs Bakı şəhər sakinləri Həsən Həsənova və Orxan Məmmədzadəyə bıçaqla xəsarət yetirib. H.Həsənov hadisə yerində ölüb, O.Məmmədzadə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Səbail RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
OXŞAR XƏBƏRLƏR